Nida Xəbər
Qarabağın qaytarılması ilə bağlı GİZLİ SAZİŞ: Sarkisyanla Ter-Petrosyan RAZILIĞA GƏLDİ
Ermənistanın birinci prezidenti, “Erməni Milli
Konqresi”nin lideri Levon Ter-Petrosyanın öz ölkəsinin İctimai
televiziyasına müsahibəsində işğal olunmuş ərazilərin Azərbaycana
qaytarılması və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı
dedikləri ətafında müzakirələr davam edir.
Publika.az xəbər verir ki, erməni ekspertlər Petrosyanın
Sarkisyanla birgə hərəkət etdiyini və əhalinin ərazilərin
qaytarılmasına hazırlandığını hesab edir.
“Aykakan Jamanak” qəzeti də öz mənbələrinə istinadən yazır ki,
Ermənistanda hakimiyyətin bu planı mövcuddur: “Petrosyan 45
dəqiqəlik müsahibəsində münaqişənin həlli yollarını açıq şəkildə
göstərdi. Bu ərazilərin qaytarılması və öz müqəddəratını təyin
etmədir. Yəni ərazilər qaytarıldıqdan sonra Qarabağdakı ermənilər
orada təhlükəsiz şəraitdə yaşayacaqlar. Petrosyan irəli sürərək
qeyd edir ki, Ermənistanın gələcəyi münaqişənin həllindən keçir.
Onun müsahibəsindən bir neçə gün öncə Rusiya xarici işlər naziri
Sergey Lavrov açıqladı ki, tərəflər danışıqlar masasında olan
sənədin bir neçə bəndləri üzrə razılığa gəldilər, lakin 2-3
məsələni tamamlamaq qalır. Belə fikir var ki, Ter-Petrosyan əslində
Sarkisyana kömək edir. Bunu siyasi mənbələr də təsdiq edir. Hətta
belə deyilir ki, “Erməni Milli Konqresi” parlamentə düşəcək, çünki
onun irəli sürdüyü tezislər hakimiyyətə lazımdır. Sarkisyan
cəmiyyəti ərazilərin qaytarılmasına hazırlayır və bu işdə ona
“Erməni Milli Konqresi” kömək edəcək”.
Lakin qəzet əlavə edir ki, Ermənistan daxilində ərazilərin
qaytarılmasına qarşı olan qruplar mövcuddur: “Hətta onlar
status-kvonun saxlanılması üçün terror aktları törətməyə belə
hazırdırlar”.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Bir neçə gün öncə “lragir” saytı da eyni məsələni gündəmə
gətirmişdi.
“Levon Ter-Petrosyan cəmiyyəti münaqişənin nizama salınması
variantlarına hazırlayır. Belə fikir var ki, hakimiyyət
qanunauyğunluğa görə bu işi birbaşa özü həyata keçirə bilmir. Buna
görə də Petrosyana cəmiyyəti ərazilərin qaytarılması və münaqişənin
həllinin vacibliyi fikrinə inandırmaq tapşırığı verilib”, - deyə
sayt yazırdı.
Asif
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ