Saziş üzrə Bakıda aparılan danışıqlar uğurlu olub - Aİ-nin Azərbaycan nümayəndəliyi
Bizi izləyin

Nida Xəbər

Saziş üzrə Bakıda aparılan danışıqlar uğurlu olub - Aİ-nin Azərbaycan nümayəndəliyi

“Dünən və bu gün Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə keçirilən danışıqlar uğurlu olub”.

Publika.az-ın Apa-ya istinadən verdiyi xəbərə görə, bu sözləri Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Siyasət şöbəsinin rəhbəri Denis Danilidis deyib. O bildirib ki, hər iki tərəf tez bir zamanda saziş üzrə razılaşmanın əldə olunmasına sadiqdir: “Bugünkü danışıqlarda bəzi məsələlər artıq razılaşdırılıb. Bir sıra məsələlərin isə razılaşdırılmasına ehtiyac var. Növbəti görüşün nə zaman keçiriləcəyi hələ məlum deyil. Lakin Azərbaycan tərəfi istəyir ki, avqust ayında, yay tətili başlamazdan əvvəl, Brüsseldə növbəti iclas baş tutsun”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm