Nida Xəbər
Metyu Brayza: "Minsk Qrupunun həmsədrlərinin bəyanatı vəziyyətə aydınlıq gətirmir"
“Təəssüflər olsun ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatı vəziyyətə aydınlıq gətirmir. Bu, dünyanın istənilən nöqtəsində, istənilən yerində beynəlxalq vasitəçiliyin həyata keçirildiyi münaqişə zonasında zorakılığı pisləyən tipik, qeyri-formal bəyanatdır”
Bunu ABŞ-ın Azərbaycandakı səfiri, ATƏT-in Minsk qrupunun sabiq
amerikalı həmsədri Metyu Brayza deyib.
Ötən gün Füzuli rayonunun Alxanlı kəndində baş verən erməni
təxribatı ilə bağlı həmsədrlərin bəyanatına münasibət bildirən
sabiq səfir hesab edir ki, münaqişələrin hərbi-siyasi yolla
həllinin olmaması barədə bəyanatlar vermək yanlışdır.
“Müəyyən hərbi faktorlar belə münaqişənin nizamlanması üçün
razılaşdırılmalı olan siyasi faktorların formalaşdırılmasında əsas
rol oynayır. Diplomatiyada hərbi güc və siyasi dialoq qırılmaz
şəkildə bir-birinə bağlıdır”.
Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri yaydıqları
bəyanatda Azərbaycan və Ermənistanı hərbi əməliyyatları
dayandırmağa çağırıb. (azvision.az)
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq