Nida Xəbər
5 rayon Azərbaycana qaytarılır? - Kremlin ideoloqu AÇIQLADI
“Qarabağ münaqişəsi Moskva-Bakı geosiyasi oxunun
möhkəmlənməsinə mane olur. Rusiya bu münaqişədə sülh yaradan tərəf
kimi çıxış edir, lakin hazırkı status-kvo nə bizi, nə də tərəfləri
təmin edir”.
Publika.az xəbər verir ki, bu barədə Kremlin ideoloqu kimi
tanınan Avrasiyaçılıq Hərəkatının lideri Aleksandr Duqin
“Moskva-Bakı oxu” konfransında deyib.
Politoloqun sözlərinə görə, Ermənistan Qarabağa nəzarət edir, lakin
Rusiya Azərbaycanı ərazi bütövlüyünü tanıyır: “Güc variantı bu
münaqişədə həll yolu deyil. Lakin biz buna yaxınlaşdıq. Azərbaycan
güclənir və regionda güc balansı dəyişir. Bəli, Ermənistan
Rusiyanın dostudur, tərəfdaşıdır, lakin Rusiya Azərbaycanı da dost
və tərəfdaş kimi qəbul edir. İki ölkə arasında hərbi və digər
sahələrdə yaxınlaşma gedir. Amma bizim Azərbaycanla dostluğumuz
Ermənistana qarşı deyil. Əksinə, Rusiya ikitərəfli münasibətlərə
əsaslanır”.
A.Duqin əlavə edib ki, Qarabağ münaqişənin həllində irəli hərəkət
etmək üçün Ermənistan işğal olunmuş 5 rayonu sözsüz Azərbaycana
qaytarmalıdır.
Asif
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi