Nida Xəbər
Siyavuş Novruzov: “Mitinq Ermənistan rəhbərliyinin sifarişi ilə keçirilib”
”Mitinqə yığışanların bir hissəsi əvvəllər cinayət
törədib, həbs olunanların yaxınları, digərləri isə ordakı siyasi
partiya rəhbərlərinin qohumlarından ibarət idi. Siyasi baxışa,
siyasi əqidəyə görə toplaşan insan yox idi. Mitinqə baxanda
sönüklük görünürdü. Digər tərəfdən, çıxışların özündə şər, böhtan,
qarayaxma vardı və bunlar heç nəyə əsaslanmırdı”.
Bu sözləri Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli
Məclisin deputatı Siyavuş Novruzov Milli Şuranın bu gün keçirilən
mitinqini APA-ya şərh edərkən deyib.
S. Novruzov bildirib ki, bugünkü mitinq Ermənistan rəhbərliyinin
sifarişi ilə keçirilib: “Xüsusilə mən qeyd etmək istərdim ki, cənab
prezident İlham Əliyevin ABŞ-a çox uğurlu səfəri, orada Ermənistan
rəhbərliyinin cinayətkar olması, BMT qətnamələrini yerinə
yetirməməsi ilə bağlı çıxışından sonra Ermənistanda çox ciddi
ab-hava yaranıb. Hazırda Ermənistanda o cinayətkar rejimə qarşı çox
böyük kampaniya aparılır. Bu gün isə Azərbaycanda bir qrup mitinqdə
elə bil Serj Sarkisyanın yazdığını oxuyurdu. Azərbaycan ordusu bu
gün kifayət qədər silaha və gücə malikdir. Cənab prezident də
çıxışında qeyd etdi ki, lazım gəlsə, Ermənistan cəzalandırılacaq.
Amma mən mitinqdə şahidi oldum ki, Ermənistanın işğalçı olması,
Xocalı soyqırımı törətməsi ilə bağlı bir kəlmə də olsun fikir
işlənmədi. Dedilər ki, Azərbaycan guya yararsız silahlar alır.
Azərbaycan bu gün Pakistan, İsrail və digər ölkələrdən müasir
silahlar alır. Bütün dünya Azərbaycanın gücünü etiraf edir, bunlar
isə Ermənistan ictimaiyyətini sakitləşdirməyə çalışırlar ki,
Azərbaycanın silahları köhnə və yararsızdır. Hansı siyasi
partiyanın lideri məsələni bu cür qoya bilər? Ancaq erməniyə xidmət
edən qüvvələr. Bax, biz bunun şahidi olduq”.
Aksiyada səslənən fikirlərə münasibət bildirən S. Novruzov qeyd
edib ki, AXCP sədri Əli Kərimli özü korrupsiya ilə məşğuldur:
"Korrupsiya ilə məşğul olan, siyasi mühacir bileti satan Əli
Kərimli korrupsiyadan danışır. Onun müavini Gözəl Bayramlının
Gürcüstana 41 dəfə səfər etməsi, oradan pullar alması da bir daha
sübut edir ki, bunlar Ermənistan rəhbərliyi tərəfindən
maliyyələşdirilir və ölkədə sabitliyi pozmaq istəyirlər. Əli
Kərimli mitinqdə hesabat versin görək, 20 ildir işləmədiyi halda
özünü, cangüdənlərini nə ilə saxlayır? Övladları ən bahalı
institutlarda oxuyur, ABŞ-da yaşayırlar. Bu pulları haradan
alırlar? Bu, digərlərinə də aiddir. Jurnalistlərlə bağlı fikir
deyirlər. Hansı ölkədə dövlət jurnalistlərə ev verir? Hansı ölkədə
qeyri-hökumət təşkilatları, siyasi partiyalar dövlət tərəfindən
maliyyələşir? Bunların hamısını cənab prezident 200 dövlət
başçısının iştirak etdiyi BMT-nin iclasında deyib. Hansısa 200-300
adamın iştirak etdiyi mitinqdə yox. Bunlar heç öz hesabatlarını
verə bilmirlər. Halbuki, Əli Kərimlinin öz partiyasının üzvləri onu
korrupsiyada ittiham edirlər. Ona görə də, mitinqdəki fikirlərin
heç bir əhəmiyyəti yoxdur".
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO