Oqtay Əsədovdan ATƏT nümayəndəsinə SƏRT SÖZLƏR
Bizi izləyin

Nida Xəbər

Oqtay Əsədovdan ATƏT nümayəndəsinə SƏRT SÖZLƏR

"ATƏT-in Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin bu yaxınlarda Bakıda oldu, sonra Ermənistana səfər etdi. Burada dediyi sözlərin hamısı saxta və yalan oldu. O, bütün Ermənistan rəhbərliyilə görüşdü. Dağlıq Qarabağdakı separatçı rejimin nümayəndələrilə bir masada əyləşdi. Bu ikili standartlar həqiqətən də bizi yorur. Azərbaycan parlamentinin ATƏT PA-dakı nümayəndə heyəti tam tərkibdə Andorrada ATƏT-in iclasında iştirak edir. Orada Azərbaycanla bağlı təkliflər irəli sürəcəklər".

Publika.az xəbər verir ki, bu sözləri Milli Məclisin spikeri Oqtay Əsədov parlamentin iclasında ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin fəaliyyətindən danışarkən deyib.

Spiker Kristian Vigenini sərt tənqid edib. Oqtay Əsədov əlavə edib ki, Kristian Vigenin kimi insanların Cənubi Qafqaz üzrə xüsusi nümayəndə olması, düzgün deyil: “Tərəfli mövqedə olan insanların bu cür postlarda vəzifə tutması səviyyəsizlikdir. Biz belə məsələlərə çox rast gəlmişik. Ölkəmizdə səfərdə olanda, təkliflə çıxış etdik ki, ATƏT-in Minsk qrupunun tərkibi genişləndirilsin, o, da buna razılığını bildirdi. Azərbaycanda bir, Ermənistanda başqa söz danışırlar. Bunlar faktdır”.

Spiker Azərbaycan prezidentinin BMT tribunasından çıxış edərkən Qərb təşkilatlarının ikili standartlara yol verdiyini bəyan etməsini də xatırladıb.

Millət vəkili Qənirə Paşayeva çıxışı zamanı deyib ki, Azərbaycan XİN-in qara siyahısında olan şəxslərin bir çoxu ATƏT Parlament Assambleyasının deputatlarıdır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm