Nida Xəbər
Klimkin: "Qarabağ məsələsinin dondurulması yalnız Rusiyanın marağındadır"
"Ukrayna hazırda BMT Təhlükəsizlik Şurasının üzvüdür. Amma biz Rusiyanı məsuliyyətə cəlb edə bilmirik. Ona görə ki, onun veto hüququ var".
APA-nın xəbərinə görə, bu sözləri Bakıda səfərdə olan Ukraynanın xarici işlər naziri Pavlo Klimkin deyib. O bildirib ki, BMT-nin işində problem və qeyri-effektivlik var: "Əsas məsələ bu sahədə həmrəylikdir. Biz bir-birimizə kömək etməliyik. Məsələn, Azərbaycan bizə aktiv olduğu təşkilatlarda kömək edir. İslam Əməkdaşlıq Təşkilatını göstərmək olar. Biz gələcəkdə ora müşahidəçi üzv olmaq istəyirik. Hamımız ərazi bütövlüyümüzü bərpa etmək istəyindəyik və buna görə bütün yollara əl atmalıyıq. Ən yaxşı yol təbii ki, siyasi yoldur".
Nazir Dağlıq Qarabağ və Ukrayna məsələsi arasında paralellik aparmaq istəməyib: "Qarabağ məsələsi başqa siyasi şərtlərdə baş verib. Qarabağ məsələsi real dondurulmuş münaqişədir ki, bu da yalnız Rusiyanın marağındadır".
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO