“Biz özümüzü müdafiə edə bilmirik” - İrəvan erməni ordusunu Putinin ƏMRİNƏ VERDİ
Bizi izləyin

Nida Xəbər

“Biz özümüzü müdafiə edə bilmirik” - İrəvan erməni ordusunu Putinin ƏMRİNƏ VERDİ

Dünən Ermənistan parlamenti Rusiya-Ermənistan vahid qoşun qruplaşmasının yaradılması haqda razılaşmanı müzakirəyə çıxartdı. Əsas məruzəçi kimi çıxış edən Ermənistan müdafiə nazirinin müavini Artak Zaxaryan etiraf etdi ki, onlar öz sərhədlərinin toxunulmazlığını təmin etmək gücündə deyil.

“Ermənistan öz sərhədlərini qorumaq gücündə deyil, lakin silahlandırma və vahid qoşun qruplaşması bunu təmin edə bilər”, - deyə o bildirib.

Parlamentin vitse-spikeri Eduard Şarmazanov da qeyd edib ki, “Ermənistan tam ölçüdə öz müdafiəsini təmin etmək vəziyyətdə deyil. Biz hansısa hərbi blokda olmalıyıq, buna görə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını seçdik. Çünki Türkiyəyə qarşı yeganə alternativimiz bu blokdur”.

Müzakirələrin sonunda isə parlament Rusiya-Ermənistan vahid qoşun qruplaşmasının yaradılması haqda razılaşmanı ratifikasiya edib.

Publika.az xəbər verir ki, Ermənistan ictimaiyyəti rəsmi şəxslərin ölkənin gücsüzlüyü haqda etiraflarını və bu razılaşmanı tənqid edir.

Erməni siyasi şərhçi Naira Ayrumyan yazır ki, adətən öz vətəndaşlarının təhlükəsizliyini, ölkənin müdafiəsini təmin edə bilməyən hakimiyyətlər istefa verir.

“Ermənistanda isə öz bacarıqsızlıqlarını etiraf edənlər nəinki istefa vermir, əksinə, bu bacarıqsızlığa bəraət qazandırmaq üçün hər cür şantaja əl atırlar”, - deyə o bildirib.

Aykazn Qaqriyan isə qeyd edir ki, Rusiya Ermənistanın son qalası olan ordunu da ələ keçirir.

“Aprel müharibəsi”ndən sonra güman edilirdi ki, Rusiya Ermənistan ordusu üzərində nəzarəti ələ almaq üçün hərəkətə keçəcək. Vahid qoşun qruplaşması bu ehtimalları doğruldur. Hakimiyyət bunu inkar edir və deyir ki, razılaşma ordu üçün yeni imkanlar açır. Lakin inandırıcı arqumentlər irəli sürə bilmirlər. Əgər həqiqətən yeni imkanlar açılırsa, o zaman, bu imkanlardan birini göstərmək lazımdır. Hakimiyyət isə öz dediyini sübut edə bilmir. Rusiya qalib gəlir və Ermənistanda “son qəpiyə qədər almağı” hədəfləyir”, - deyə Qaqriyan qeyd edir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm