Nida Xəbər
Mətbuat Şurasının mitinqlə bağlı MƏLUMATI
Azərbaycan Mətbuat Şurasının monitorinq qrupu Milli Şuranın bu gün – oktyabrın 7-də Yasamal rayonu ərazisində yerləşən keçmiş “Məhsul” stadionunda təşkil etdiyi icazəli mitinqində jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinin vəziyyətini araşdırıb.
Şuradan Publika.az-a bildirilib ki, aksiyada hər hansı insident qeydə alınmayıb. Kütləvi informasiya vasitələrinin nümayəndələri öz işlərini sərbəst şəkildə icra ediblər. Jurnalistlərin fəaliyyətinə hər hansı məhdudiyyət faktına rast gəlinməyib, bununla əlaqədar media təmsilçiləri tərəfindən monitorinq qrupunun üzvlərinə müraciət olmayıb.
Aksiyada mitinqi işıqlandıran jurnalistlərin üzərində “PRESS” yazılmış xüsusi gödəkçələrdən istifadə etmələrinə də diqqət yetirilib. Media təmsilçilərinin heç də hamısının bu zəruri tələbi yerinə yetirmədiyi nəzərdən qaçmayıb.
Mətbuat Şurası ekstremal vəziyyətlərdə, o cümlədən ekstremal vəziyyət riski olan proseslərdə fəaliyyət göstərən jurnalistləri üzərində “PRESS” yazılmış xüsusi gödəkçələrdən istifadəyə ciddi önəm verməyə çağırır. Şura bildirir ki, bu, onların hüquqlarının qorunması baxımından vacibdir.
Qeyd edək ki, Mətbuat Şurasının monitorinq qrupunun tərkibinə Şura ilə yanaşı, Daxili İşlər Nazirliyinin təmsilçiləri də daxildir.
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi