Nida Xəbər
Təhsil Nazirliyindən Cocuq Mərcanlıya hədiyyə - - FOTOLAR
Təhsil Nazirliyi Cocuq Mərcanlı kənd tam orta məktəbinə electron lövhə və bir sıra hədiyyələr verib.
Publika.az xəbər verir ki, hədiyyələr təhsil naziri Mikayıl Cabbarovun Cəbrayıl rayonunun işğaldan azad olunan Cocuq Mərcanlı kəndinə səfəri zamanı təqdim edilib.
Əvvəlcə təhsil naziri Mikayıl Cabbarov, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət edib, Vətən uğrunda şəhid olanların xatirəsini hörmətlə anıblar.
Daha sonra təhsil naziri kənddə inşa olunan şəhid Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbində müəllim və şagird kollektivi ilə görüşüb.
Təhsil naziri məktəbdə yaradılan şəraitlə tanış olub, sinif otaqlarını gəzib, şagird və müəllimlərlə söhbət edib. Nazir bidirib ki, bu tədris ilində şəhid Novruz Aslanov adına Cocuq Mərcanlı kəndində 24 ildən sonra məktəb zəngi çalınıb. Ümumi təhsil müəssisələrində 2017-2018-ci tədris ilinin ilk dərs məşğələsinin “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunduğunu xatırladan təhsil naziri bu tarixin uşaq və gənclərin vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsində mühüm əhəmiyyət daşıdığını bildirib. Təhs naziri işğaldan azad olunan Cocuq Mərcanlı kəndində məktəbin fəaliyyətə başlamasının, uşaqların rahat şəkildə təlim və tədris prosesində iştirakının burada dinc və firavan həyatın təmin edilməsinə bariz nümunə olduğunu bildirib.
Qeyd edək ki, Cocuq Mərcanlı kənd tam orta məktəbi ölkə Prezidenti cənab İlham Əliyevin “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” sərəncamına əsasən tikilib.
Məktəbdə 60-a yaxın şagirdin təlim-tərbiyəsi ilə 20 nəfər müəllim çalışır. Sinif otaqları, informatika, gənclərin çağırışaqədərki hazırlıq kabinetləri, müəllimlər otağından ibarət məktəb binası lazımi avadanlıqlar, istilik sistemi və internetlə təchiz edilib.
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO