Nida Xəbər
Süni qidaların reklamı deputatları ikiyə böldü
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilib.
Publika.az xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 213.0.1-ci maddəsinin dispozisiyası “213.0.1. körpələr və erkən yaşlı uşaqlar üçün süni qida məhsullarının reklamında onlardan istifadənin yaş məhdudiyyətləri haqqında məlumat verilməməsinə, mütəxəssislərlə məsləhətləşmənin zəruriliyinin, ana südünün üstünlüyünün qeyd olunmamasına” redaksiyasında verilir.
Məcəllənin 213.0.3-cü maddəsində “süni qida məhsullarının” sözlərindən əvvəl “körpələr və erkən yaşlı uşaqlar üçün” sözləri əlavə edilir.
Bundan başqa, 213.0.4-cü maddəyə “körpələr və erkən yaşlı uşaqlar üçün süni qida məhsullarının reklamının hamilə qadınlar və analar arasında, tibb müəssisələrində yayımlanmasına görə” cümləsi əlavə olunub.
428.2-ci maddənin dispozisiyası isə “Reklam istehlakçısının şüuruna təsir göstərməklə, diqqətinin reklam obyektinə cəlb etmək üçün reklam daşıyıcılarında reklam qismində təqdim edilmədən, “reklam” yaxud “reklam hüququ əsasında” qeydi olmadan verilən gizli reklama görə” redaksiyasında verilib.
Məcəllənin 428.3-cü maddənin dispozisiyası da yeni redaksiyada verilir.
Dəyişikliklərin müzakirəsi zamanı çıxış edən Ellmira Axundova deyib ki, süni qidaların tibb işçiləri, analar və hamilə xanımlar arasında qadağan edilməsi doğru yanaşma deyil:
“Çünki bu qidalarla bağlı həkimlər və analar məlumatlı olmalıdır. Xüsusilə, həkimlər daha çox məlumatlı olmalıdır ki, analar və hamilə xanımların suallarına cavab verə bilsinlər”.
Komitə sədri Əli Hüseynli isə deputat həmkarına xatırladıb ki, bu məsələyə “Reklam haqqında” qanunun müzakirəsi zamanı münasibət bildirmək lazım idi: “Artıq “Reklam” haqqında qanun qəbul edilib”.
Musa Quliyev bəyan edib ki, analar və tibb personalı arasında sünni qidları reklam edənlər ciddi şəkildə cəzalandırılmalıdır. Deputat deyib ki, bunu edənlər cinayət məsuliyyətinə cəlb olunmalıdır.
Gülxara
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop8 May 20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır
-
Magazin18 May 19:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal8 May 18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?