Nida Xəbər
Nəqliyyat vasitələri ilə bağlı qalmaqallı qanun qəbul edildi
Nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirakla bağlı və banı zədələnmiş nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanının təmirə aparma ilə bağlı icazə məhdudiyyətinə görə sanksiya ləğv edilib.
Publika.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 342.1.2 maddəsi (nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə görə) ləğv edilib.
345-ci maddədə (2-ci bənd) banı zədələnmiş nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan təmirə qəbuluna görə 250 manat cərimə cəzası qaldırılır.
Layihədə bildirilir ki, təcrübəyə əsasən 345-ci maddədə ləğvi təklif olunan 2-ci bənd tətbiq olunmur. Eyni zamanda bu bəndin tətbiq olunmasına ehtiyac olmadığından onun çıxarılması təklif edilib.
Belə ki, son dövrlər Daxili İşlər Nazirliyinin maddi texniki
bazasının və elektron informasiya sistemlərinin, ehtiyyatlarının
inkişaf etdirilməsi hər hansı qanun pozuntusunun aşkar edilməsinə
imkan yaradır. Bu səbəbdən də banı zədələnmiş nəqliyyat
vasitələrini təmirə qəbul edərkən müvafiq icra hakimiyyəti
orqanının icazəsinin olmasına ehtiyac qalmır.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Gülxar
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...