Nida Xəbər
“Prezidentin bu addımı tarixi uğur kimi qiymətləndirilməlidir” - Seyid Camal Əzimbəyli
“Bu il ən yaddaqalan hadisələrdən biri Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan edilməsi oldu”.
Publika.az xəbər verir ki, bu sözləri Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli 2017-ci ildə ölkənin dini mühitində baş verən mühüm hadisələri dəyərləndirərkən deyib.
Sərqşünas bildirib ki, bu il Azərbaycanın siyasi-ictimai həyatında, iqtisadiyyatında və digər sahələrdə yaddaqalan hadisələrin şahidi olduq: “Təbii ki, dövlətimizin əsas prioritet istiqamətlərindən biri də dövlət-din münasibətlərinin tənzimlənməsidir. Müasir dövrümüzdə İslam dünyasının dini müstəvidə birlik və bərabərliyə ehtiyac olduğu qədər müsəlman dövlətlərinin də mənəvi cəhətdən həmrəyliyinə daha çox zərurət yaranıb. Belə bir həssas məqamda dövlət başçısı tərəfindən 2017-ci il “İslam Həmrəyliyi ili” elan olunması tarixi uğur kimi qiymətləndirilməlidir. Ölkəmizdə tarixən mövcud olan İslam həmrəyliyinin dövlət tərəfindən mühafizə olunması bütövlükdə dünya müsəlmanlarının birlik və bərabərliyinə səslənən uğurlu bir nümunə oldu. İstər inkişaf etməkdə olan, istərsə də dünyanın bir çox aparıcı ölkələrində konfessiyalararası münasibətlərin kəskinləşdiyi, islamofob meyillərin artdığı bir vaxtda Azərbaycan İslam dünyasının bir parçası olaraq bunun əksini sübut etdi. Ölkədəki dinlərarası, məzhəblərarası, eləcə də xalqlararası mehribanlığın, birgə yaşayışın mümkün olması nümunəsini bir daha ortaya qoydu”.
C.Əzimbəyli qeyd edib ki, Bakıda IV İslam Həmrəyliyi oyunlarının keçirilməsi də Azərbaycan dövlətinin və xalqının növbəti uğuru kimi yaddaşlarda qaldı: “O cümlədən, müxtəlif adda və istiqamətlərdə keçirilən beynəlxalq konfranslarda Azərbaycanın tolerant siyasəti geniş şəkildə təbliğ olundu. Bu günlərdə Bakının ev sahibliyi etdiyi “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” adlı beynəlxalq konfransla Azərbaycan dövləti növbəti dəfə bütün dünyaya sülh və həmrəylik çağırışını etdi”.
Şərqşünas 2017-ci ildə dini mühitdə maarifləndirmə işinin daha uğurla planlı şəkildə həyata keçirildiyini vurğulayıb. Onun sözlərinə görə, il ərzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən ölkə boyunca milli və mənəvi dəyərlərin təbliği ilə bağlı ardıcıl səmərəli tədbirlər həyata keçirilib: “Xüsusilə, bu maarifləndirmə tədbirləri radikal dini cərəyanlara qoşulanların qarşısının alınmasına uğurlu zəmin yaratdı. Burada önəmli məqamlardan biri də komitə tərəfindən ərsəyə gələn “Fitnə” və “Şəhadət” filmləridir. Bu sənədli filmlərdə milli vətənpərvərlik ruhunun təbliğ olunması, o cümlədən radikal dini cərəyanlara qoşulan bir qrup gənclərin acı sonluğu öz əksini tapıb.
Ölkədə maarifləndirmə işinin təşkilində komitə tərəfindən nəşr olunan dini ədəbiyyatın, mətbu nümunələrin və yayımlanan televiziya verilişlərinin də ayrıca rolu var. Xüsusilə, bu il Prezident İlham Əliyev tərəfindən Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması haqqında imzalanan fərman dövlətin mənəvi dəyərlərin həqiqi təəsübkeşi olduğunu bir daha sübut etdi. Həmçinin dövlət başçısı tərəfindən dini icmalara maliyyə yardımının ayrılması onları xarici qüvvələrin təsir dairəsindən uzaqlaşdırdı və maarifləndirmə işinə təkan verdi.
Bu il də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qafqaz Müsəlmanları İdarəsi ilə birgə gördüyü işlər dini mühitə öz müsbət təsirini göstərdi”.
C.Əzimbəyli əlavə edib ki, 2017-ci il maarifləndirmə tədbirləri ilə yanaşı, din adı altında pərdələnmiş radikal dini qrupların zərərsizləşdirilməsi istiqamətində də hüquq-mühafizə orqanlarının uğurlu addımlarının şahidi olduq: “Dövlət Təhlükəsizlik Xidmətinin radikal təkfirçi qrupların vaxtında zərərsizləşdirilməsi istiqamətində keçirdikləri uğurlu əməliyyatları da ayrıca qeyd etmək istəyirəm. Bu da onu göstərir ki, istər ideoloji, istərsə də güc strukturları tərəfindən Azərbaycan dövlətinin milli maraqları hər an yüksək səviyyədə müdafiə olunur”.
-
Nəqliyyat09:37
Sürücülərə xəbərdarlıq: bayram günlərində...
-
Ekopublika.az08:40
Bayram tətili günlərində bölgələrdə QİYMƏTLƏR hansı aralıqdadır? - VİDEO
-
Avto07:15
Bu avtomobil şirkəti 4500 işçisini ixtisar edəcək
-
İdman06:46
"Qan qusdum" - Taysondan səhhətilə bağlı şok etiraf
-
İdman02:42
Super ulduzun arvadı Ançelottini biabır etdi - FOTO
-
Hadisə01:30
Daha bir acı xəbər gəldi: bu dəfə 14 yaşlı yeniyetmə...
-
Sosial00:50
Toya hazırlaşanlara məyusedici xəbər - Qiymətlər bahalaşacaq
-
Hadisə8 Noyabr 23:55
Hərbi hissə yaxınlığında YANĞIN baş verdi