Nida Xəbər
“Onlar təmənnasız vətənpərvərlərdirlər” - Elnur Eltürk
“Bu gün “Azərbaycanca Vikipediya”da fəaliyyət göstərən idarəçilər, istifadəçilər tərəfindən istər “Azərbaycanca Vikipediya”da, istərsə də digər dillərdə olan Vikipediyada ölkəmizlə bağlı maraqlı məqalələr yaradırlar. Onların əməyi xüsusi qeyd edilməlidir. Mən onları təmənnasız vətənpərvərlər adlandırardım”.
Publika.az xəbər verir ki, bu sözləri AMEA Mərkəzi Elmi Kitabxanasının şöbə müdiri Elnur Eltürk 15 yanvar - Beynəlxalq Vikipediyaçılar Günü ilə bağlı danışarkən deyib.
O, sözlərinə belə davam edib: “Qarşıda planlar çoxdur. AMEA Mərkəzi Elmi Kitabxanasında təşkil edən Vikipediya təliminin iştirakçıları sistemli şəkildə məqalələr yaradırlar, yarımçıq qalmış məqalələri redaktə edib genişləndirirlər. “AXC-100” çərçivəsində bir sıra tarixi şəxsiyyətlərimiz haqqında məqalələr müxtəlif dillərə tərcümə olunacaq. Xüsusilə, məqalələrin tərcüməsində “Şəms” Tərcümə Xidmətləri Mərkəzinin əməkdaşları təmənnasız dəstək verirlər. Qarşıda bu layihə haqqında ətraflı məlumat veriləcək.
Bütün vikipediyaçıları bu gözəl gün münasibətilə təbrik edirəm. Vikipediyanın zənginləşdirilməsində göstərdikləri könüllü xidmətlərinin davamlı və faydalı olmasını diləyirəm”.
-
Sosial18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO
-
Magazin118:12
Aygün Kazımova ilə çobanın söhbəti gündəm oldu - VİDEO
-
Dünya17:55
Bu ölkənin bayrağı ilə "Avroviziya"ya giriş qadağan edildi
-
Avropa17:12
Gürcüstana xəbərdarlıq edildi: Qəbuledilməzdir!
-
Sosial16:23
Parlament seçkiləri önə çəkilə bilər - Məzahir Pənahov
-
Nida Xəbər 15:48
Xəritə yayıldı: ermənilərin zəbt etdiyi bu ərazilər Azərbaycana təhvil verilir - VİDEO
-
Magazin115:26
Tələbələrimin hamısı yuxarıdan tapşırılır - VİDEO
-
İdman15:00
Bütün Avropa bu qızları axtarır - FOTOLAR