Nida Xəbər
Livan mətbuatı 20 Yanvar faciəsindən yazdı
20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar Livanın geniş oxucu kütləsinə malik “Al-Cumhuriyyə” qəzetində və ölkənin əsas xəbər saytlarından biri olan "Cedar News" xəbər portalında məqalələr dərc edilib.
Azərbaycanın bu ölkədəki səfirliyindən Publika.az-a verilən məlumata görə, səfirliyin dəstəyi ilə dərc olunan məqalələrdə 1990-cı il yanvarın 20-də sovet ordusunun müxtəlif istiqamətlərdən Bakıya hücumlar həyata keçirərək, çox sayda dinc əhalini qətlə yetirdiyi barədə məlumat verilib, dinc sakinlərə qarşı törədilən vəhşiliklərin xalqın azadlıq əzmini qıra bilmədiyi qeyd olunub. Müəlliflər o vaxtkı sovet rejiminin rəhbərliyində olan M.Qorbaçovun əmri ilə həyata keçirilmiş və məqsədi Azərbaycan xalqının müstəqillik arzusunu qan içində boğmaq olan hərbi əməliyyat nəticəsində 130-dan artıq insanın qətlə yetirildiyini, 700-dən çox insanın isə yaralandığını qeyd ediblər.
Yazılarda ölkə rəhbərliyinin həyata keçirdiyi müdrik siyasət və islahatlar nəticəsində müasir Azərbaycanın sürətlə inkişaf edərək, regionda lider dövlətə və beynəlxalq miqyasda sabit və etibarlı tərəfdaşa çevrilməsindən bəhs edilib.
Məqalələrin sonunda Azərbaycan xalqının müstəqillik uğrunda canlarını fəda etmiş igid övladlarını unutmadığı və hər il 20 Yanvar faciəsi şəhidlərinin məzarlarını ziyarət etdiyi qeyd olunub.
Eyni zamanda, Azərbaycanın Livandakı səfirliyi tərəfindən Livan XİN və digər nazirliklərə, ictimai qurumlara, mətbuat vasitələrinə və ölkədə akkreditə olunmuş xarici diplomatik nümayəndəliklərə 20 Yanvar faciəsinin 28-ci ildönümünə dair press-reliz və bəyanat təqdim edilib.
-
Magazin111:35
Azərbaycanda tanınmış müğənni ağır qəzaya düşdü: oğlu öldü - FOTO
-
İdman11:23
Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Sosial10:50
“Bakı marafonu 2024”ə start verildi
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı