"Azərbaycanın razılığı olmadan hansısa genişmiqyaslı layihənin gerçəkləşməsi mümkün deyil” - ŞƏRH
Bizi izləyin

Nida Xəbər

"Azərbaycanın razılığı olmadan hansısa genişmiqyaslı layihənin gerçəkləşməsi mümkün deyil” - ŞƏRH

"Azərbaycanda iqtisadiyyatın inkişafı üçün qarşıya qoyulan tələblər proqramlı şəkildə bir-bir həyata keçirilir. Bunun nəticəsidir ki, ölkəmiz bu gün dünya iqtisadiyyatında özünəməxsus yer tutur".

Bu fikirləri Publika.az-a regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışını şərh edən Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan beynəlxalq təşkilatların iqtisadi sahədə keçirdikləri hesabatlar zamanı ön sıralarda yer alır:

"Bu gün Azərbaycan iqtisadiyyatı ötən illərə nisbətən yüksək inkişaf yolu keçərək, çoxşaxəli sahələrə bölünüb. Təbii ki, gələcəkdə bu istiqamətdə daha çox uğur qazanmaq üçün bu gün yerinə yetirilən işlərin əvəzsiz rolu var. Əgər 10 -15 il bundan qabaq ölkə iqtisadiyyatı yalnız neft-qaz sektorundan gələn gəlir hesabına irəliləyirdisə, bu gün artıq cənab prezident İlham Əliyevin proqramlı siyasəti nəticəsində bütün istiqamətlərdə - kənd təsərrüfatı, sənaye, turizm sahəsində atılan müvəffəqiyyətli addımlar öz nəticələrini verir. Dövlətimiz gücləndikcə maddi imkanlarımız, eləcə də ordumuz güclənir. Bütün bu inkişaf isə Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da artmasına səbəb olur. Qeyd edim ki, ötən il üçün Azərbaycan iqtisadiyyatında bir sıra önəmli layihələr həyata keçirilib. “TAP”, “TANAP” neft-qaz kəmərləri sayəsində Azərbaycan Qərb üçün qlobal enerji təklükəsizliyinin təminatçısına çevrilib. Eyni zamanda “Bakı-Tibilisi-Qars” dəmir yolu layihəsinin təqdim olunması da 2017-ci il üçün iqtisadiyyat sahəsində atılan ən uğurlu addımlardan hesab edilə bilər. İndi biz Şərq-Qərb marşurutları ilə kifayətlənməyərək, Cənub-Şimal dəhlizində də nəqliyyat şəbəkəsi yaratmağa çalışırıq. Azərbaycanın artıq regionda şəbəkə dəhlizi rolunu oynayır. Bu isə bizə onu deməyə əsas verir ki, artıq Azərbaycanın razılığı olmadan regionda hər hansı genişmiqyaslı layihələrin həyata keçirilməsi mümkün deyil”.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm