Cavad Cahangirzadə: “Şimal-Cənub" nəqliyyat dəhlizi əhəmiyyətli layihədir"
Bizi izləyin

Nida Xəbər

Cavad Cahangirzadə: “Şimal-Cənub" nəqliyyat dəhlizi əhəmiyyətli layihədir"

"Azərbaycan və İran arasında həyata keçirilən "Şimal-Cənub" nəqliyyat dəhlizi çox əhəmiyyətli layihədir".

Publika.az xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə jurnalistlərə açıqlamasında deyib.

Səfir bildirib ki, Rusiya, Azərbaycan və İran dövlət başçılarının üçtərəfli görüşündə Sankt Peterburq-Mumbay istiqamətində qatarın sınaq yürüşü ilə bağlı göstəriş verilib: "Dünən bununla bağlı "Astara-Astara" dəmiryolu qatarının sınağı keçirilib. Bundan başqa, Rəşt-Astara dəmiryolu layihəsi üzrə Azərbaycan və İran investorları işləri yekunlaşdırmaq üzrədir".

Səfir bildirib ki, Neftçalada inşa edilən İran-Azərbaycan müştərək avtomobil zavodunun da işləri yekunlaşmaq üzrədir və yaxın zamanlarda açılışı olacaq: "Burda dərman zavodunun işləri davam etdirilir. Prezident tərəfindən səhiyyə sahəsində əməkdaşlıqla bağlı bəzi göstərişlər var. İran traktor karxanası zavodunun sədri Bakıya gələcək", - deyə səfir əlavə edib.

Səfirin sözlərinə görə, İran, Rusiya və Gürcüstandan sonra üçüncü ölkədir ki, 2017-ci il ərzində ordan Azərbaycana 320 min nəfər iranlı gəlib. Azərbaycandan İrana da gedənlər çox olub. Səfir sonda vurğulayıb ki, Azərbaycan və İran səfirlikləri hər iki ölkə arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün işlər görür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm