Azərbaycan düşməni məhv edəcək YENİ SİLAHLAR İSTEHSAL EDƏCƏK - ADLAR
Bizi izləyin

Nida Xəbər

Azərbaycan düşməni məhv edəcək YENİ SİLAHLAR İSTEHSAL EDƏCƏK - ADLAR

2018-ci ildə Azərbaycan yeni silahlar istehsal edəcək.

Publika.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyət hesabatında bildirilib.

Hesabatda qeyd edilib ki, 2018-ci ildə müxtəlif çaplı patronlar, qumbaraatanlar üçün 4 növ qumbaralı atəş yığımları, yeni 12.7 mm-lik snayper tüfəngi, xüsusi təyinatlı əl pulemyotu, partul maşını, döyüş sursatları üçün partladıcılar, müxtəlif çaplı lülələr, artilleriya və tank topları üçün mərmilərin gövdə və gilizləri, avtomatik top istehsalı mümkün olacaq.

Hesabatda bildirilib ki, yaxın vaxtlarda 14.5 mm-lik snayper tüfənginin, 30 mm-lik qumbaraatan kompeksinin, hücum pulemyotunun, 7.62*39 mm və 5.56*45 mm avtomatların və 40 mm-lik lüləaltı qumbaraatanın müvafiq sınaqlardan keçirilib və yaxın vaxtlarda istehsalının mənimsənilməsi təmin ediləcək.

Ötən il güc sturukturları ilə bağlanmış müqavilələr əsasında 129.4 milyon manat məbləğində müdafiə təyinatlı məmulatların istehsalı, təmiri və utilizasiyası təmin olunub. Təhvil verilmiş məmulatların həcmi 2007-ci ilə nisbətən 30.2 dəfə, 2010-cu ilə nisbətən 2.6 dəfə və 2015-ci ilə nisbətən 11.1 faiz artıb. Müdafiə sənayesi müəssisələrində istehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların və onların ehtiyat hissələrinin çeşidlərinin sayı 1200-ə çatdırılıb.

2017-ci ildə Azərbaycan 10-dan çox ölkəyə döyüş sursatlarının, müasir atıcı və artilleriya silahlarının, pilotsuz uçuş aparatlarının, zirehli texnikaların və s. ixracı həyata keçirib. 2016-cı illə müqayisədə ixrac əməliyyatlarının həcmi 2.3 dəfə artıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm