Asiya PA: Azərbaycanda prezident seçkilərini etalon adlandırmaq olar
Bizi izləyin

Nida Xəbər

Asiya PA: Azərbaycanda prezident seçkilərini etalon adlandırmaq olar

Azərbaycanda prezident seçkilərini etalon adlandırmaq olar.

Bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycanda prezident seçkilərini müşahidə edən Asiya Parlament Assambleyasının (PA) nümayəndəsi, Banqladeş parlamentinin üzvü Nazrul İslam Çovduri deyib.

Deputat bildirib ki, Asiya PA həm Bakıda, həm də paytaxtdan kənarda müşahidələr aparıb:

"Məntəqələrdə səsvermənin təşkili yüksək səviyyədə olub. Mən hesab edirəm ki, Azərbaycanda keçirilən prezident seçkiləri etalondur. Qardaş Azərbaycan xalqına uğurlar arzu edirəm".

Asiya PA-nın xüsusi nümayəndəsi, Türkiyə parlamentinin deputatı Burgan Karatürk deyib ki, səsvermə prosesi beynəlxalq standartlara tam cavab verib:

"Biz bir neçə seçki məntəqəsində müşahidə apardıq. Qeyd etmək istəyirəm ki, bütün namizədlərin müaşhidəçiləri eyni səviyyədə sərbəst fəaliyyət göstərə bilirdilər".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm