Estoniyadan olan beynəlxalq müşahidəçilər: Seçkilər demokratik şəritdə baş tutub
Bizi izləyin

Nida Xəbər

Estoniyadan olan beynəlxalq müşahidəçilər: Seçkilər demokratik şəritdə baş tutub

15 seçki məntəqəsində müşahidə aparmışıq. Seçicilərlə təmasda olduq, seçkilərdə iştirak etmələri ilə maraqlandıq. Seçicilər qeyd etdilər ki, Azərbaycanın uğurlu gələcəyinə səs verirlər. Təbii ki, hər kəs ölkəsi üçün ən yaxşını istəyir və buna görə səs verir.

Publika.az xəbər verir ki, bu fikirləri Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, deputat Deniss Borodits keçirdiyi mətbuat konfransında deyib.

Seçkilərin keçirilməsi texnologiyası haqqında danışan eston deputat bildirib ki, seçkilər onun üçün yaxşı mənada darıxdırıcı olub: “Çünki məntəqələrdə hər şey qaydasında idi. Seçkilər yüksək səviyyədə təşkil edilmişdi. Tərəfimizdən hər hansı bir qanun pozuntusu faktına rast gəlinmədi”.

Estoniya parlamentinin digər deputatı İgoq Kravtsenko isə seçici fəallığının yüksək olduğunu qeyd edib. Bildirib ki, seçkilər yüksək səviyyədə baş tutub: “Seçici fəallığını və prezidentliyə namizədlərin müşahidəçilərinin aktivliyini müşahidə etdik. Ümid edirik ki, bu seçkilərindən sonra Azərbaycan-Estoniya mnasibətləri daha da inkişaf edəcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm