Heydər Əliyevin siyasətini İlham Əliyev uğurla davam etdirir - Ziyafət Əsgərov
Bizi izləyin

Nida Xəbər

Heydər Əliyevin siyasətini İlham Əliyev uğurla davam etdirir - Ziyafət Əsgərov

“Ümummilli liderin rəhbərliyi dövründə islahatların hüquqi bazası yaradılıb, insanların hüquq və azadlıqlarının qorunması sahəsində mühüm sənədlər qəbul edilib, qanunvericilik, icra və məhkəmə hakimiyyətinin qarşılıqlı fəaliyyətinin tənzimlənməsi məqsədilə xeyli tədbirlər həyata keçirilib”.

Publika.az xəbər verir ki, bu sözləri birinci vitse-spiker Ziyafət Əsgərov Milli Məclisin Heydər Əliyevin 95 illiyinə həsr olunmuş xüsusi iclasında çıxışı zamanı deyib.

Z.Əsgərov vurğulayıb ki, hazırda İlham Əliyev Heydər Əliyevin hakimiyyəti illərində əldə edilən uğurların miqyasını daha da genişləndirir:

“İqtisadi inkişaf üçün hüquqi baza və islahatlar əlverişli biznes mühitini yarada bilər. Demokratik sistemin aliliyini təmin edən ölkələr daha sürətli inkişafa nail olur. İqtisadi inkişafı hüquqi islahatlarla birlikdə həyata keçirən, bir-birini tamamlayan yanaşma ortaya qoyduqda həmin ölkələrdə iqtisadi inkişaf və vətəndaş rifahı dayanıqlı olur.

İlham Əliyev prezident seçildikdən sonra əldə edilən iqtisadi uğurlar beynəlxalq qiymətləndirmələrlə təsdiqlənib. Yoxsulluq səviyyəsinin azaldılması, təhsil və səhiyyə islahatları əhəmiyyətli dərəcədə yaxşılaşdırılır. Bu inkişafı şərtləndirən amillər İlham Əliyevin islahatlar konsepsiyasının tərkib hissəsi olub. 2003-cü ildən başlayaraq Azərbaycanda iqtisadi inkişafı gücləndirəcək məhkəmə inzibati idarəçilik və kadr islahatları həyata keçirilir. Prezident İlham Əliyevin hakimiyyəti illərində məhkəmə sistemi daha da təkmilləşdirildi. İqtisadi fəaliyyətin subyektləri ilə cəmiyyətin sosial rifahı bir-birilə ziddiyyət təşkil etməsə də onu qorumaq heç də asan deyil”.

Z.Əsgərovun sözlərinə görə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ordu quruculuğunda həyata keçirdiyi tədbirlər bu gün İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

“Hazırda yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan ordusu regionun ən güclü silahlı qüvvələri olmaqla xalqımıza güvən hissi verir. Bu gün Azərbaycan İlham Əliyevin rəhbərliyilə dünyanın inkişaf edən, demokratikləşən və yeniləşən ölkəsinə çevrilib, beynəlxalq aləmdə mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirib. Bir sıra siyasi dairələr və onların maraqlarına xidmət edən təşkilatlar, antimilli ünsürlər tərəfindən aparılan qara piyara baxmayaraq Azərbaycan tam müstəqil siyasət yeridən ölkə olduğunu nümayiş etdirir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm