Nida Xəbər
Ermənilər Azərbaycan Ordusunu QARABAĞA ÇAĞIRIR - İrəvan QORXU İÇİNDƏ
Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində
Ermənistan tərəfindən yaradılan qondarma rejimin əleyhinə etiraz
aksiyaları davam edir.
Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki,
dünən Xankəndində iki mitinq olub.
Küçələri bloklayan etiraz aksiyasında Ermənistan parlamentinin
deputatı Zarui Postandjyan və digər siyasətçilər iştirak edib.
Aksiyada Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi şüarları
səsləndirilib.
Erməni siyasi şərhçi Sarqis Artsruni yazır ki, Qarabağın
Ermənistana birləşdirilməsi şüarları təhlükəlidir: “Bu təhlükəli
presedentdir və Qarabağda daxili parçalanmaya gətirib çıxara bilər.
Həmçinin, bu tələblər danışıqlar prosesində təhlükəli kontekst
yarada bilər və Azərbaycan bundan istifadə edə bilər”.
Erməni politoloq Artur Osipyan deyib ki, Qarabağda yaşayan
ermənilərin qondarma rejimin “güc strukturları” tərəfindən
döyülməsi hadisəsi adi hal alıb: “İnsanlar artıq bu vəziyyətdən
beziblər. Qarabağa Bako Saakyan və bir neçə general nəzarət edib.
Onlar 20 ildir insanları qarət edir, amansızlıq göstərirlər”.
Erməni sosioloq David Karabekyan etiraf edib ki, Qarabağ İrəvan
tərəfindən idarə olunur: “Biz eyniyik, sadəcə olaraq, hər şey süni
şəkildə bölünüb və guya elə təqdim edirlər ki, ayrıca
respublikayıq. Bunun belə olmadığını hər kəs bilir. Bu baxımdan,
İrəvanda hakimiyyətin dəyişməsi ilə nəticələnən aksiyalardan sonra
Xankəndindəki ermənilər də ayağa qalxıb. Xankəndindəki rejim
kriminal qaydalarla hərəkət edir”.
Erməni sosioloq onu da əlavə edib ki, rejimdən bezən Qarabağdakı
ermənilər hansı yolla olursa olsun, xilas olmaq istəyirlər.
“Hətta elə insanlar var ki, xilas yolunun İrəvandan, yoxsa Bakıdan
gəlməsinin fərqinə varmırlar. Azərbaycan ordusu Xankəndinə gəlsə və
erməniləri mövcud rejimdən xilas etsə, hər kəs onlara təşəkkür
edəcək. Yəni vəziyyət o həddə çatıb”, - deyə o bildirib.
Asif
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ