Ordumuzun bu addımları düşməni SƏKSƏKƏYƏ SALDI - Separatçı nazirdən ŞOK ETİRAF
Bizi izləyin

Nida Xəbər

Ordumuzun bu addımları düşməni SƏKSƏKƏYƏ SALDI - Separatçı nazirdən ŞOK ETİRAF

Azərbaycan Ordusunun gücünün nümayiş etdirildiyi hərbi paraddan sonra Ermənistanda ciddi narahatlıq yaranıb.

Publika.az
xəbər verir ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılan qondarma rejimin “müdafiə naziri” Levon Mnasakanyan Azərbaycan Ordusunun cəbhədə ciddi rejimlə təlimlər keçirdiyini iddia edib.

Separatçı nazir bildirib ki, müharibə ehtimalını heç vaxt istisna etmirlər.

“Hazırda Azərbaycan Ordusu qabaqcıl mövqelərdə təlimlər keçir, şəxsi heyəti durmadan məşq edir, texnikalar sınaqdan keçirilir, taktikalar hazırlayırlar. Son aylarda təmas xəttinin Azərbaycan tərəfində baş verənləri müşahidə edirik. Onlar bütün bölmələrlə təlimlər keçirlər. Xüsusilə artilleriyanın iştirakı ilə məşqləri müşahidə edirik. Hazırda xüsusi bölmələrin təlimlərinin keçirildiyini müşahidə edirik. Müşahidələrimiz deməsə əsas verir ki, Azərbaycan Ordusu nəyəsə hazırlanır. Biz indi daha çox narahatıq. Əvvəllər gün ərzində müşahidələr aparırdıqsa, indi hər saat izləyirik”, - deyə Azərbaycan torpaqlarında yaradılmış qondarma rejimin “naziri” qeyd edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm