Trampdan Qarabağ mesajı və hər gün öldürülməsi təklif edilən erməni əsgəri - FOTO
Bizi izləyin

Nida Xəbər

Trampdan Qarabağ mesajı və hər gün öldürülməsi təklif edilən erməni əsgəri - FOTO

Beynəlxalq Mətbuat Mərkəzində Uluslararası Qarabağ forumu keçirilir.

Publika.az xəbər verir ki, Dünya Azərbaycanlıları Konqresinin təşkil etdiyi tədbirdə millət vəkilləri Qüdrət Həsənquliyev, Tahir Kərimli, “Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı, sabiq nazir İsgəndər Həmidov, Müsavat Partiyasının sədr müavini Gülağa Aslanlı, Azad Demokratlar Partiyasının (AzDP) sədri Sülhəddin Əkbər, Bütöv Azərbaycan Birliyinin Mərkəzi Şurasının sədri Aqil Səmədbəyli, professor Qafar Çaxmaqlı, tarixçi Dilavər Əzimli, Qarabağ müharibəsi qəhrəmanı Arif Paşayev, eks-nazir Pənah Hüseyn, politoloq Elxan Şahinoğlu və başqaları iştirak edir.

Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlı mərasimin AXC-nin 100 illiyi ilə üst-üstə düşməsinin təsadüfi olmadığını deyib:

“Biz iqtidar-müxalifət nümayəndələri arasında fərq qoymadan hər kəsə dəvət göndərmişik. Çünki Qarabağ məsələsi hansısa bir siyasi partiya və qurumun deyil, bütövlükdə azərbaycanlıların problemidir”.

Sülhəddin Əkbər Qarabağ probleminin köklərindən danışıb: “Ermənilərə dövlət yaradılması və bu dövlətinin genişləndirilməsi Rusiya strategiyasının bir hissəsidir. Məsələnin kökünü bilməsək, onun nəticəsini aradan qaldırmağımız mümkün olmaz. Soyuq müharibədən sonra köhnə dünya nizamı dağıldı. Hazırkı dövrdə bu proses yeni mərhələyə qədəm qoyub”.

AzDP sədri həmçinin vurğulayıb ki, ABŞ Prezidenti Donald Trampın Prezident İlham Əliyevə ünvanladığı məktubda açıq şəkildə qarşıdan gələn aylarda Qarabağ probleminin həllinə imkan açılacağı görünür.

Millət vəkili Qüdrət Həsənquliyev hərbi əməliyyatların geniş vüsət almasının vacib olduğunu deyib:

“Azərbaycan Ordusu hər gün erməni əsgəri öldürməlidir. Hər gün erməni ailəsinə əsgər meyiti getməlidir. Hazırda edə biləcəyimiz ən mühüm məsələ budur. Azərbaycan dünya birliyini də inandırmalıdır ki, nəticədən asılı olmayaraq, qanlı savaşa girəcək. Əgər bu savaş məsələsi qızışmasa, problemin sülh yolu ilə həlli mümkün deyil”.

Qafar Çaxmaqlı Qarabağ məsələsinin hər zaman gündəmdə qalmalı olduğunu deyib:

“Ermənistan əraziləri işğal edib və adını da “azad olunmuş ərazi” qoyub. Onlar bu ərazilərə əhali köçürməklə məşğuldur. Təkcə Qarabağda deyil, ətraf rayonlarda da məskunlaşma gedir. Ermənilər Kəlbəcərdən Dağlıq Qarabağa yol çəkiblər. Bu ərazini verəcəkdilərsə, bu qədər pul tökməzdilər. Danışıqlar, sadəcə, başımızı qatmaq üçündür: üfüqdə müharibə görünür. Müharibə mütləq olmalıdır. Çünki Dağlıq Qarabağla bağlı danışıqlar bir-birinin təkrarıdır.

ATƏT-in Minsk Qrupu uzun illərdir torpaqlarımızı unutdurmağa, əlimizdən almağa çalışır. Amma xalqımız müharibəyə hazır olmalıdır. Ordumuzun öz ərazisində antiterror əməliyyatları keçirmək imkanı var, biz bu məqamı əldən verməməliyik. Artıq vaxt yetişib”.

Güney Azərbaycan Konqresinin sədri Cavanşir Həşimi qeyd edib ki, Qarabağ probleminin həllində xaricdə yaşayan azərbaycanlılar da rol oynayırlar və oynamalıdırlar:

“Biz ermənilərin Azərbaycana qarşı törətdiyi haqsızlığı dünyaya çatdırmağa çalışırıq. Bu, münaqişənin həlli üçün mühüm önəm kəsb edir”.

Politoloq Elxan Şahinoğlu Rusiyanın münaqişənin həllindəki rolundan danışıb:

“Azərbaycan və Türkiyə istəsə, rəsmi Ankara ölkəmizdə hərbi baza yerləşdirə bilər. Rusiya Aprel müharibəsində Azərbaycana mane oldu. Son zamanlar belə fikirlər var ki, Putin məsələnin həlli ilə bağlı Ermənistana təsir edəcək. Paşinyan isə hələ ki, Rusiyanı qıcıqlandıracaq addım atmayıb.

Əslində, Qarabağ məsələsində Paşinyanla Sərkisyan arasında o qədər də fərq yoxdur. Hətta Paşinyan daha çox separatçıdır. Onun rus qırıcı təyyarəsində oturub, şəkil çəkdirməyi də bir mesaj idi ki, Ermənistan Rusiyadan o təyyarələri alacaq. Paşinyan açıq-aşkar Azərbaycanla sülhə hazır deyil. Azərbaycan Ordusu Naxçıvanda keçirdiyi əməliyyatı Qarabağda da davam etdirməlidir. Bu, Ordumuzda psixoloji üstünlüyü artırır. Diplomatiyanın bitdiyi yerdə ordu önə keçməlidir. Ordumuz müharibə istəyir, erməni əsgərlər isə buna hazır deyil. Paradda Azərbaycan Ordusunun son 5 ildə necə böyüdüyünü gördük. İlham Əliyev də bildirdi ki, müharibə başa çatmayıb, birinci mərhələsi bitib”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm