Nida Xəbər
Əliməmməd Nuriyev: "Gəncədə baş verənlər birmənalı şəkildə xaricdən idarə olunur”
"Hələ mən bir neçə gün öncə bildirmişdim ki, bu əbləhlər Gəncəni yenə siyasi anarxiyanın episentrinə çevirməyə can atırlar. Təəssüf ki, bu gün bu baş verdi. İki polis zabitimiz şəhid oldu. Fürsətdən istifadə edib onların ailələrinə başsağlığı verirəm. Düşünürəm ki, indiki məqamda Azərbaycan hökuməti daha sərt qərarlar qəbul etməlidir".
Bunu Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev Gəncədə iki polis zabitinin qətlə yetirilməsilə nəticələnən iğtişaş cəhdinə münasibət bildirərkən qeyd edib.
Onun sözlərinə görə, Gəncədə baş verənlər bəzi xarici qüvvələrin Azərbaycanda sabitliyi pozmaq istiqamətindəki məqsədyönlü fəaliyyətinin nəticəsidir: "Azərbaycan xalqı, gəncəlilər sabitliyin pozulmasına, iğtişaşa qarşıdırlar. Biz daha ayıq-sayıq olmalıyıq. Düşünürəm ki, bir neçə gün öncə Gəncədə baş vermiş terror hadisəsini törədən şəxsin sosial şəbəkələrdə qəhrəman kimi xalqa təqdim olunması özünün acı nəticəsini göstərdi. Bu gecə polisi qətlə yetirənlər məhz sosial şəbəkələrdəki paylaşımlardan ruhlanıblar. Hesab edirəm ki, terrorçunu qəhrəman kimi təqdim edənlər barəsində də ölçü götürülməlidir".
Ə.Nuriyev qeyd etdi ki, Gəncədə baş verənlər birmənalı şəkildə xaricdən idarə olunur: "İnsanların müqəddəslərə olan münasibətlərindən istifadə edən həmin qüvvələr təəssüf ki, öz çirkin niyyətlərini həyata keçirmək istəyirlər, amma bu alınmayacaq. Çünki Azərbaycan xalqı, gəncəlilər dinc şəraitdə, xöşbəxt yaşamağın tərəfdarıdırlar. Biz yaxın keçmişimizdən ibrət götürmüşük. Bir daha o illərə qayıtmaq istəmirik" (Teleqraf.com).
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?