Sahib Məmmədov: "Azərbaycan polisi əsl fədakarlıq göstərdi"
Bizi izləyin

Nida Xəbər

Sahib Məmmədov: "Azərbaycan polisi əsl fədakarlıq göstərdi"

"Əslində Gəncənin icra başçısına qarşı sui-qəsd cəhdi terror hadisəsi idi. Maraqlı qüvvələr bunu başqa yerə yozmaq üçün əllərindən gələni etdilər. Bu gün isə terrorun davamı oldu".

Bu sözləri hüquq müdafiəçisi Sahib Məmmədov Gəncədə iki polis zabitinin ölümü ilə nəticələnən aksiyaya münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, asayişi qoruyan polis əməkdaşlarının qətlə yetirilməsi faciədir: "Faciə baş verdi. Asayişi təmin edən vəzifəli polislər qətlə yetirildi. Amma düşmənlərin planı baş tutmadı. Xalq təxribata getmədi və çox ayıqdır. Nəticədə dövlətə qarşı yönələn qəsdə dəstək verən olmadı".

Sahib Məmmədov qeyd edib ki, Azərbaycan polisi bu günlərdə əsl fədəkarlıq göstərib: "Yollarda təmirə görə tıxaclar yaranada da günün altında hərəkəti tənzimləyən onlar oldu. Elektrik enerjisinin kəsilməsi zamanı insanları təxliyyə olunmasının da əsas yükü onların üzərinə düşdü. Asayişin təmin olunmasında da həyatlarını qurban verərək əllərindən gələni etdilər" (Teleqraf.com).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm