“Ermənistan 200 milyonluq silah alsa da, heç nə dəyişməyəcək” - General
Bizi izləyin

Nida Xəbər

“Ermənistan 200 milyonluq silah alsa da, heç nə dəyişməyəcək” - General

Rusiya Ermənistana 200 milyon dollarlıq silah satsa belə, bu, Azərbaycanın aldığı silahlarla müqayisə oluna bilməz.

Publika.az xəbər verir ki, bunu azvision.az-a açıqlamasında ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov deyib. O, bildirib ki, Azərbaycan hər il 100 milyonlarla dollarlıq yeni silahlar alır: "İndi Ermənistan 200 milyonluq silah alsa nə edəcək? Sadəcə, Nikol Paşinyan Azərbaycan ordusunun möhtəşəm hərbi paradından sonra ölkə əhalisini sakitləşdirmək, arxayınlaşdırmaq üçün belə yollara əl atır".

Y.Aydəmirov qeyd edib ki, Azərbaycan hər an düşmən üzərinə hücuma keçə bilər: "Azərbaycan ordusuna hər an torpaqlarımızı azad etməklə bağlı əmr verilə bilər. Biz buna hazırıq və qadirik. Bu baxımdan onların narahatçılığına əsaslar var. Ermənistan 200 milyonluq silah alıb gətirsə də, bu, heç nəyi dəyişməyəcək. Yəni bu silahları alsalar da, Azərbaycan ordusunun gücü qarşısında tab gətirə bilməyəcəklər. Onlar heç vaxt ordular arasında güc nisbətini bərabərləşdirə bilməyəcəklər. Rusiya dünyanın ən böyük silah ixracatçılarındadır. Kimin pulu varsa, ondan silah alır. Rusiya üçün fərq etmir. Azərbaycan isə Rusiya və digər dövlətlərdən istədiyi silahı alır", - deyə Y.Aydəmirov vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm