Sosial
Pensiyaların verilmə tarixi ilə bağlı açıqlama
"Sosial paketlə bağlı cənab Prezident tərəfindən artıq müvafiq tapşırıqlar verilib. Ölkə başçısının bəyan etdiyi kimi, gələn il Azərbaycanda növbəti sosial islahat paketi həyata keçiriləcək".
Publika.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib:
"Son beş il ərzində prezident İlham Əliyevin təşəbbüsü ilə böyük sosial islahat paketi həyata keçirilib. 4 milyondan çox əhalimiz bu paketlər çərçivəsində əhatə olunub. Vətəndaşlarımıza illik əlavə 7 milyard manatdan artıq ödəniş edilir. Həm minimum pensiyalar orta hesabla 2.7 dəfə, minimum əməkhaqqı 3 dəfəyə yaxın, orta aylıq əməkhaqqımız isə 2 dəfəyə yaxın artıb. Cənab prezident tapşırıq verib və növbəti il üçün sosial islahat paketi hazırlanıb. Gələn il minimum əməkhaqqı və minimum pensiyaların artımı gözlənilir. Hazırda dövlət büdcəsinin layihəsi Milli Məclisdə müzakirə olunduğu üçün düşünürəm ki, yekunda müvafiq rəqəmlərlə bağlı da məlumat veriləcək".
Nazir pensiyaların gecikməsi məsələsinə münasibət bildirib:
"Bu gün biz bütün pensiyaları avansla ödəyirik. Həmin ayın pensiyası ay sonunda ödənilir. Sadəcə, Azərbaycan hökumətinin humanist addımı ondan ibarətdir ki, biz ayın sonunu gözləmədən pensiyaları daha tez ödəyirik".
-
Hadisə02:42Goranboyda güclü yanğın başladı
-
Sosial01:41Bakının bir sıra əraziləri işıqsız qalacaq
-
Qoroskop00:00Günün ULDUZ FALI - Böyük uğurlar qazana bilərsiniz
-
Hadisə1 Sentyabr 23:12Burnunu it dişləyən xəstəyə yenisi formalaşdırıldı - VİDEO
-
Sosial1 Sentyabr 22:00Röya Ayxanın eks-qayınatası 9 il sonra azadlıqda - FOTO
-
Magazin21 Sentyabr 21:36Ancelina Coli Ukraynanın bu şəhərində qəlyanaltı etdi
-
Magazin21 Sentyabr 21:2435 il saxlanılan sirr - Məşhur müğənnin külü hara səpilib?
-
İqtisadi gündəm1 Sentyabr 20:48Qızıl kəskin ucuzlaşdı



















.jpg)




.jpg)










