Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün vaxtı bilindi
Bizi izləyin

Nida Xəbər

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün vaxtı bilindi

BMT Baş Assambleyasının növbəti sessiyası çərçivəsində Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü barədə razılıq əldə olunub.

Publika.az xəbər verir ki, xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “RİA Novosti”yə bildirib. O əlavə edib ki, görüşün sentyabrda baş tutacağı gözlənilir.

H.Hacıyev Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayanın nazirlər arasında görüşə dair konkret razılığın olmaması barədə açıqlamasını şərh edərkən deyib ki, həmin görüşdən əvvəl də görüş keçirilməsi məsələsi var:

"Prinsipial razılıq əldə olunub ki, nazirlər BMT Baş Assambleyası çərçivəsində görüşsünlər. Ondan öncə də görüşün keçirilməsi barədə məsələyə baxılır. O ki qaldı Tiqran Balayanın dediyinə, onun yəqin bu məsələlərdən xəbəri yoxdur".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm