Rusiya Ermənistanın bu nankorluğunun cavabını verəcək - Eks-nazirdən ŞOK SÖZLƏR
Bizi izləyin

Nida Xəbər

Rusiya Ermənistanın bu nankorluğunun cavabını verəcək - Eks-nazirdən ŞOK SÖZLƏR

“Rusiya-Azərbaycan münasibətlərinin dərin kökləri var və bu münasibətlər SSRİ-nin süqutundan sonra iki müstəqil dövlət arasında daha şəffaf bir müstəvidə inkişaf edir”.

Publika.az
xəbər verir ki, bu barədə keçmiş maliyyə naziri, iqtisadçı ekspert Fikrət Yusifov Azərbaycan və Rusiya liderlərinin Soçi görüşü haqqında danışarkən deyib.



Onun sözlərinə görə, Azərbaycan Rusiya ilə iqtisadi, siyasi, mədəni, elmi və bir çox digər sahələrdə çox ciddi əməkdaşlıq edir: “Bu gün Azərbaycanda Sovet İttifaqı dövründə olduğu qədər də rus dilində təhsil ocaqları fəaliyyət göstərir. Biz Rusiya ilə bütün səviyyədən olan münasibətlərimizi bundan sonra da dərinləşdirməkdə davam etmək əhval-ruhiyyəsindəyik. Bunun həqiqətən belə olduğuna dair çox nümunələr gətirmək olar. Məsələn, bu gün Bakı şəhərindəki uşaq bağçalarında Azərbaycan bölməsində sərbəst yerlər kifayət qədər olduğu halda, rus bölməsində yer tapılmaq müşkül məsələdir. Heç kim vətəndaşı məcbur edə bilməz ki, sən övladını uşaq bağçasında rus bölməsinə qoymalısan. Deməli, bu, bizim öz seçimimizdir, bu, bizim rus dilinə münasibətimizdir. Bir millətin dilinə hörmətlə yanaşırsansa, deməli, sən o milləti sevirsən. Bax, rus dilinə, rus xalqına və bütövlükdə Rusiyaya budur bizim münasibətimiz. Biz onu tam səmimi və aşkar bir şəkildə ortaya qoyuruq. Rusların Cənubi Qafqazda yaratdıqları qondarma erməni dövlətində isə bu dediklərimizdən əsər-əlamət yoxdur, heç sovetlər dönəmində də olmayıb. Əksinə bu gün Ermənistanda Rusiyanı işğalçı dövlət kimi aşağılayan qüvvələrin sayı artır. Nankor erməni unudub ki, başqalarının torpaqları hesabına ona dövlət bəxş edən və bu dövlətə nəfəs verib onu dövlətlər sırasına qoşan məhz Rusiya olub”.

F.Yusifov qeyd edib ki, ruslar erməni xislətinin xəyanətlə yoğrulduğunu dəfələrlə görsələr də heç şübhəsiz onların bu qədər nankor ola biləcəyini hesablaya bilməyiblər.

“Ancaq fakt faktlığında qalır. Bu gün Ermənistanın yeni hakimiyyəti Moskvaya meydan oxumağa başlayıb. Bunun nə ilə nəticələnəcəyi aydın məsələdir. Əgər “müstəqil” olan Ermənistan öz sərhədlərini qorumaq iqtidarında deyilsə və bu işi onun yerinə Rusiya görürsə, belə halda Rusiyaya qarşı bu nankorluq (əgər bu oyun deyilsə) öz layiqli cavabını alacaq. Bütün hallarda, son illərin və xüsusilə də son ayların hadisələri erməni xislətinin iç üzünü daha qabarıq bir şəkildə ruslara açıb göstərdi. Ruslar nəhayət, başa düşməlidirlər ki, dostluqda kim səmimidir və kim dost donuna girib, məqam yetişəndə asanlıqla düşmənə çevrilə bilir. Rusiyadan bunu bilməsini və bizimlə münasibətlərdə səmimi olmasını istəyirik. Bu səmimiyyət olarsa, onlar öz hərbi bazalarını belə gətirib yenidən Azərbaycanda yerləşdirə bilərlər. Biz azərbaycanlılar Rusiya-Azərbaycan münasibətlərinin hara qədər lazımdırsa dərinləşməsini ürəkdən istəyirik və buna hazırıq. Yetər ki, bunun qarşılığında Rusiya bizimlə səmimi olsun və Cənubi Qafqazda onun əsil dostunun kim olduğunu etiraf etsin”, - deyə ekspert vurğulayıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm