Ekstradisiya haqqında saziş ratifikasiya olundu
Bizi izləyin

Nida Xəbər

Ekstradisiya haqqında saziş ratifikasiya olundu

Milli Məclis Azərbaycan Respublikası ilə Əlcəzair Xalq Demokratik Respublikası arasında ekstradisiya haqqında Sazişin təsdiq edilməsi haqqında qanunun layihəsini müzakirə edib.

Publika.az xəbər verir ki, saziş haqqında deputatlara parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Komitə sədri bildirib ki, indiyə qədər Azərbaycan bir sıra ölkələrlə ekstradisiya haqqında saziş imzalayıb və sonradan parlament bu sazişi ratifikasiya edib.

“Həmkarlarımdan xahiş edirəm ki, bu sazişə səs versin”, -komitə sədri bildirib.

Deputatlar müzakirə aparmadan layihəyə səs veriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm