Nida Xəbər
ATƏT PA-nın sessiyasında azərbaycanlı girovların azad edilməsi məsələsi qaldırılacaq
Ermənistan tərəfindən qeyri-qanuni olaraq girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi ilə bağlı məsələdə hələ ki dəyişiklik yoxdur.
Bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.
B.Muradova qeyd edib ki, beynəlxalq tədbirlər çərçivəsində daim bu məsələ qaldırılır, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “qanunları” ilə məhkum edilən azərbaycanlıların azad edilməsi ilə bağlı çağırışlar edilir:
“Təəssüflər olsun ki, bununla bağlı hələ ki irəliləyiş yoxdur. Azərbaycan nümayəndə heyəti ATƏT Parlament Assambleyasının Qırğızıstanda keçiriləcək sessiyasında iştirak etmək üçün yola düşüb. Onlar sessiyanın gündəliyində olan bütün məsələlərə, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həlli və girovların azad edilməsi ilə bağlı fikirlərini səsləndirəcəklər".
Vitse-spikerin sözlərinə görə, təbii ki, konkret mexanizmlər və real təsirlər olmadan səsləndirilən fikirlər divarlar arasında qalır. Bununla belə, hesab edirəm ki, məsələnin gündəlikdən düşməsinə imkan vermək olmaz. Sona qədər bu məsələni diqqət mərkəzində saxlayacağıq və təkcə o insanların deyil, öz ölkəsində hərəkət imkanları məhdudlaşdırılan insanların da öz doğma yurdlarına qayıdışının təmin edilməsində ciddi qərarların qəbul olunmasına çalışmaq lazımdır”. (trend)
-
Nida Xəbər 11:28
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış edir - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?