Ulu öndər Heydər Əliyevin addımları müstəqilliyimizi şərtləndirdi - FOTO
Bizi izləyin

Nida Xəbər

Ulu öndər Heydər Əliyevin addımları müstəqilliyimizi şərtləndirdi - FOTO

Bu gün Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə “Milli müstəqilliyimiz – mənəvi gücümüz” adlı tədbir keçirilib.

Publika.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov Azərbaycanın keşməkeşli tarixindən bəhs edib:

“Tarixə nəzər salsaq görərik ki, insan üçün hürriyyət yüksək qiymətləndirilir. Tarixən Azərbaycan ərazilərində bir çox dövlət qurulub, müxtəlif işğalçılar torpaqlarımızı zəbt edib, lakin xalqımızın dəfələrlə müstəqilliyini qazanması Azərbaycan xalqının istiqlal əzmini ortaya qoyur. Sovet İttifaqı dağılan zaman xalqımızın iradəsi, əzmi nəticəsində müstəqilliyimiz yenidən əldə edildi, lakin həmin dövrdə müstəqilliyimiz üzərində qara buludlar əsirdi, ciddi təhdidlər yaranmışdı. Lakin ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması müstəqilliyimizi bu bəlalardan xilas etdi”.

Daha sonra Azərbaycanın müstəqilliyi və inkişafı haqqında SƏS TV tərəfindən çəkilmiş film nümayiş olunub.

Tədbirdə çıxış edən millət vəkili Elman Nəsirov 90-cı illərdə cərəyan edən gərgin hadisələrdən danışıb.

“Bir yanda hakimiyyət uğrunda mübarizə gedirdi, ölkə parçalanma ərəfəsində idi, özbaşınalıq hökm sürürdü, digər yanda da müharibə. Belə bir vəziyyətdə Azərbaycanın müstəqilliyi məsələsi təhlükə altında idi. O zamankı hakimiyyət Azərbaycan müstəqilliyinin elan olunmasını ləngidirdi, başqa sovet ölkələri müstəqilliklərini elan etsə də, Azərbaycanın müstəqilliyinin elan edilməsi ləngiyirdi. Nəhayət, uzun prosesdən sonra müstəqillik elan edildi. Ulu öndər Heydər Əliyevin addımları müstəqilliyimizi şərtləndirdi.

Bu gün cənab Prezident İlham Əliyev həmin siyasəti çox uğurla davam etdirir və Azərbaycan dünyada böyük nüfuza malik bir ölkəyə çevrilib”.

Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının üzvü, “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev müstəqilliyimizin ilk illərində Azərbaycanda vəziyyətin çox acınacaqlı olduğunu xatırladıb:

“Ölkədə özbaşınalıq hökm sürürdü, Bakıda küçəyə çıxmaq mümkün deyildi. O zaman Azərbaycan xalqına bir lider lazım idi. Bu səbəbdən 1992-ci il 16 oktyabrda 91 Azərbaycan ziyalısı “SƏS” qəzeti vasitəsilə müstəqilliyi qorumaq üçün ulu öndər Heydər Əliyevə müraciət etdi. Xalq özünə bir lider istəyirdi. Heydər Əliyev ürəklərdə bir liderə çevrilmişdi. Məhz ulu öndərin qayıdışı Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı”.

B.Quliyev vurğulayıb ki, bu gün Prezident İlham Əliyev ulu öndərin qoyduğu yolu uğurla davam etdirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm