Rəsmi Moskvanın şərhində “münaqişənin bütün tərəfləri” ifadəsinin işlədilməsi təəccüb doğurur - XİN
Bizi izləyin

Nida Xəbər

Rəsmi Moskvanın şərhində “münaqişənin bütün tərəfləri” ifadəsinin işlədilməsi təəccüb doğurur - XİN

Rusiya Xarici İşlər Nazirliyinin Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Akopyanın Rusiya Dövlət Dumasının üzvü və digər Rusiya vətəndaşlarının iştirakı ilə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərinə dair şərhində “münaqişənin bütün tərəfləri” ifadəsinin işlədilməsi təəccüb doğurur.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin şərhində deyilir.

Bildirilir ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi Rusiya XİN çox yaxşı bilir ki, münaqişənin iki tərəfi vardır və bunlar Ermənistan və Azərbaycandır:

"ATƏT-in 1992-ci il Helsinki nazirlər şurasının yekun bəyanatı və digər sənədlərində münaqişə tərəfləri olaraq Ermənistan və Azərbaycan təsbit olunub. Hal-hazırda da Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə danışıqlar bu formatda aparılır.

Hesab edirik ki, Rusiya Dövlət Dumasının komitə sədrinin müavini Svetlana Jurovanın da bu qanunsuz və münaqişənin danışıqlar yolu ilə həllinə xələl gətirən təxribatçı səfərdə iştirakının müqabilində Rusiya XİN-nin açıqlaması təsirli xarakter daşımır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm