Bakılı İsraildə YÜKSƏK VƏZİFƏYƏ SEÇİLDİ
Bizi izləyin

Nida Xəbər

Bakılı İsraildə YÜKSƏK VƏZİFƏYƏ SEÇİLDİ

Vaxtilə Azərbaycanda yaşamış Arkadi Pomeranets İsrailin Maalot-Tarşiha şəhərinin meri seçilib.

Publika.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, İsraildə bələdiyyə seçkilərinin ikinci turu başa çatıb.

Azərbaycandan İsrailə köçmüş A.Pomeranets seçicilərin 64,4 faiz səsini yığaraq son 44 il ərzində şəhərə rəhbrəlik etmiş Şlomo Buxbutanı qabaqlayıb.

Qeyd edək ki, Arkadi Pomeranets Bakıda anadan olub və orta məktəbi bitirib. O, İsrail mətbuatına müsahibəsində mer seçildikdən sonra məmnuniyyətlə Azərbaycana səfər etmək istədiyini deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm