Nida Xəbər
Vidadi İsgəndərli ilə bağlı petisiya başladıldı
Fransaya sığınaraq Azərbaycan prezidenti və onun ailə üzvlərinə, eləcə də bir çox ictimai-siyasi xadimə qarşı çirkin kampaniya aparan, heç bir çərçivəyə sığmayan hədyanlar səsləndirən Vidadi İsgəndərlilə bağlı petisiya başladılıb.
Publika.az xəbər verir ki, petisiyaya siyasətdə söyüşə və təhqirə qarşı olan hər bir kəs qoşula bilər. Petisiyada məqsəd Fransa hökumətindən Vidadi İsgəndərli ilə bağlı hüquqi ölçü götürülməsini tələb etməkdir. "Ən vulqar ifadələr belə bu adama münasibətdə qeyri-adekvat, yumşaq rəy kimi görünür. Hamımız onun murdar fəaliyyətinə etirazımızı bildirək!", deyə müraciətdə bildirilir.
Petisiyanın təşəbbüskarları hesab edirlər ki, Fransa kimi dövlətin Vidadi İsgəndərli kimi qeyri-qanuni, pozucu və cinayətkar fəaliyyət göstərən birisinə şərait yaratması Azərbaycan cəmiyyətində təəssüf doğurur.
Onun çıxışlarında insanları zorakılığa, terrora çağırmaq, qeyri-konstitusion davranışa sövq etmək kimi məqamlar aydın görünür ki, bu da suveren xalqın iradəsinə, demokratiya normalarına, habelə beynəlxalq qanunvericiliyə ziddir.
Şübhəli şəkildə Fransada “siyasi sığınacaq” almış, bu ölkədə yaşayaraq Azərbaycanın dövlət institutlarını və simvollarını ən eybəcər formada təhqir edən, xlaqı konstitusion quruluşu devirməyə çağıran Vidadi İsgəndərli adlı şəxsin qanunsuz və cinayətkar fəaliyyətinə hər cür şərait yaradılması yolverilməzdir.
Vidadi İsgəndərli Azərbaycanda olarkən heç bir siyasi fəaliyyət göstərməmiş və buna görə də “siyasi mühacir” sayıla bilməz. O, vaxtilə işlədiyi dövlət orqanından yol verdiyi ciddi nöqsanlara görə çıxarıldıqdan sonra qisas almaq məqsədilə Azərbaycanda pozuluculuq fəaliyyəti göstərmiş, sosial şəbəkələrdə yerləşdirdiyi videolarda iğtişaşlar törədəciyini, hakimiyyəti devirəcəyini dəfələrlə bəyan edib.
Bu fakt həmin adamın Azərbaycan xalqının iradəsinə
hörmətsizliyini və qanunazidd əməllər törətdiyini aydın şəkildə
göstərməklə yanaşı, həm də onun psixoloji cəhətdən adekvat
olmadığını anlamaq üçün kifayətdir.
Bu, Azərbaycan dövlətinə və millətinə qarşı açıq-aşkar təxribat və
hörmətsizlikdir.
Belə bir şəxsə Fransada sığınacaq verilməsi, onun fəaliyyətinə hər cürə şərait yaradılması Fransa hakimiyyətinin Azərbaycana münasibətdə səmimiliyini şübhə altına qoyur.
Fransa dövləti, bu ölkənin aidiyyəti orqanlarını Vidadi İsgəndərlinin teror və zorakılıq çağırışlarına diqqət yetirməli və müvafiq tədbirlər görməlidirlər.
-
Dünya07:47Qocalar evində FACİƏ: 10 nəfər öldü, 20-yə yaxın yaralı var
-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ




































