Nida Xəbər
Vidadi İsgəndərlinin çirkin addımlarına qarşı VACİB KAMPANİYA - Sən də QOŞUL
Fransaya sığınaraq Azərbaycan prezidenti və onun ailə üzvlərinə, eləcə də bir çox ictimai-siyasi xadimə qarşı çirkin kampaniya aparan, heç bir çərçivəyə sığmayan hədyanlar səsləndirən Vidadi İsgəndərli ilə bağlı petisiya yaradılıb.
Publika.az-ın xəbərinə görə, petisiyada məqsəd Fransa hökumətindən Vidadi İsgəndərli ilə bağlı hüquqi ölçü götürülməsini tələb etməkdir.
“Ən vulqar ifadələr belə bu adama münasibətdə qeyri-adekvat, yumşaq rəy kimi görünür. Hamımız onun murdar fəaliyyətinə etirazımızı bildirək!”, - deyə müraciətdə bildirilir.
Petisiyanın təşəbbüskarları hesab edirlər ki, Fransanın Vidadi İsgəndərli kimi qeyri-qanuni, pozucu və cinayətkar fəaliyyət göstərən birisinə şərait yaratması Azərbaycan cəmiyyətində təəssüf doğurur:
“Dövlət hüquqi təşkilatdır. Millətin bütün üzvləri dövlətin təsislərinə, atributlarına və simvollarına, eləcə də millətin ümumi iradəsini əks etdirən qanunlarına eyni dərəcədə hörmət göstərməlidirlər. Bu baxımdan xarici dövlətin ərazisindən insanları zorakılıq və terrorizmə çağırmaq və onları qeyri-konstitusion davranışlara yönəltmək suveren millətin, demokratiyanın ruhuna, beynəlxalq hüquqa ziddir. Biz Fransada “siyasi sığınacaq” əldə edən, Azərbaycan dövlətinin qurumlarını və simvollarını təhqir edən bir şəxsi avropalı olaraq görünməsini qeyri-məqbul hesab edirik. Bu şəxs Vidadi İsgəndərlidir. O, Azərbaycanda yaşayarkən siyasi fəaliyyət göstərməyib. Ən azı bu səbəbdən heç bir şəkildə “siyasi miqrant” hesab edilə bilməz”.
Vurğulanır ki, o, vaxtilə işlədiyi dövlət orqanından yol verdiyi ciddi nöqsanlara görə çıxarıldıqdan sonra qisas almaq məqsədilə Azərbaycanda pozuculuq fəaliyyəti göstərmiş, sosial şəbəkələrdə yerləşdirdiyi videolarda iğtişaşlar törədəcəyini, hakimiyyəti devirəcəyini dəfələrlə bəyan edib:
“Bu fakt həmin adamın Azərbaycan xalqının iradəsinə hörmətsizliyini və qanunazidd əməllər törətdiyini aydın şəkildə göstərməklə yanaşı, həm də onun psixoloji cəhətdən adekvat olmadığını anlamaq üçün kifayətdir. Bu, Azərbaycan dövlətinə və millətinə qarşı açıq-aşkar təxribat və hörmətsizlikdir. Belə bir şəxsə Fransada sığınacaq verilməsi, onun fəaliyyətinə hər cürə şərait yaradılması Fransa hakimiyyətinin Azərbaycana münasibətdə səmimiliyini şübhə altına qoyur. Fransa dövləti, bu ölkənin aidiyyəti orqanları Vidadi İsgəndərlinin teror və zorakılıq çağırışlarına diqqət yetirməli və müvafiq tədbirlər görməlidirlər”.
Siyasətdə söyüşə və təhqirə qarşı olan hər bir kəs petisiyaya BURADAN qoşula bilər.
-
İqtisadi gündəm03:43Neftlə bağlı BƏDBİN PROQNOZ - Aprel ayı daha gərgin olacaq
-
İqtisadi gündəm00:45Qiymətli metallar kəskin bahalaşdı
-
Qoroskop00:15Günün ULDUZ FALI - Səma sizə güclü bir həqiqəti pıçıldayır
-
Sosial14 Aprel 23:36Bulvarda gülləri əzənlər məşhur bloqerlər imiş - Adlar
-
İdman14 Aprel 23:00Millimizdən növbəti qələbə
-
Magazin114 Aprel 22:36Xalq artistinin oğlu ABŞ pasportu aldı - FOTO
-
Sosial14 Aprel 21:12Bakı litvalı fotoqrafın gözü ilə... - FOTO
-
Səhiyyə14 Aprel 20:30TƏBİB-in yeni icraçı direktoru kimdir? - DOSYE







































