Nida Xəbər
Prezidentimizin şəhid ailələrinə öz doğmaları kimi yanaşması onu göstərir ki... - ŞƏRH
Azərbaycanda şəhid ailələri daim dövlət başçısının yüksək diqqət və qayğısı ilə əhatə olunub, onların sosial müdafiəsi ildən-ilə yaxşılaşır.
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Gövhər Baxşəliyeva deyib.
Deputat bildirib ki, ötən gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələri görüşü, onlara göstərilən səmimi münasibət şəhid ailələrinə diqqətin və hörmətin bariz nümunəsi idi:
“Görüş zamanı Prezident İlham Əliyev şəhid valideynlərinə yüksək diqqət göstərdi, hər şəhid atasına, anasına öz doğması kimi yanaşdı. Bu, bir daha şəhidlərimizin və onların ailələrinin nə qədər dəyərli və hörmətə layiq olduğunun nümayişi idi”.
G.Baxşəliyeva vurğulayıb ki, şəhid ailələrinə diqqət və qayğı daim dövlət başçısının fərman və sərəncamlarında da özünü göstərir:
“Ölkəmizdə şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Ötən dövrdə bu kateqoriyalardan olan vətəndaşlara 6654 mənzil, o cümlədən, 2018-ci ildə şəhid ailələrinə və müharibə əlillərinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil verilib. 2019-cu ildə isə həmin vətəndaşlara azı 800 mənzilin təqdim olunması nəzərdə tutulur”.
Deputat əlavə edib ki, Prezidentin mühüm sosial əhəmiyyət kəsb edən və şəhid ailələrinə böyük diqqət və qayğının növbəti təcəssümü olan 28 yanvar 2019-cu il tarixli fərmanı isə birdəfəlik ödəmə veriləcək şəhid ailələrinin əhatə dairəsini daha da genişləndirdi:
“Dövlət başçısının növbəti humanist təşəbbüsü ilə əlavə olaraq 2264 şəhid hərbi qulluqçu və 461 şəhid polisimizin vərəsələrinə də birdəfəlik ödəmə veriləcək. Yeni fərmanla birdəfəlik ödəmələr artıq 12 268 şəhidin vərəsələrini əhatə edir və ödəniləcək vəsaitin həcmi 135 milyon manata çatır”. (Trend)
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA