Nida Xəbər
Penitensiar Xidmətdən Taleh Bağırovla bağlı AÇIQLAMA
Ədliyyə Nazirliyi Yanında Penitensiar Xidmət Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan Taleh Bağırovun həyat yoldaşının verdiyi açıqlamaya münasibət bildirib.
Penitensiar Xidmətdən Publika.az-a verilən
məlumatda bildirilir ki, Taleh Bağırovun həyat yoldaşı Leyla
İsmayılzadə bəzi informasiya saytlarında müsahibə verərək
Həbsxanada cəza çəkən T.Bağırova qarşı müəssisə əməkdaşları
tərəfindən təzyiqlər olması, vəkili ilə görüşə, telefon
danışıqlarına icazə verilməməsi və bu səbəbdən onun uzun müddətdir
ki, aclıq etməsi barədə həqiqətə uyğun olmayan fikirlər
səsləndirib.
Penitensiar xidmət bildirir ki, Həbsxana rəisi Aftandil Ağayev
tərəfindən 12 fevral 2019-cu il tarixdə T.Bağırovun atası Kamil
Bağırov və həyat yoldaşı Leyla İsmayılzadə qəbul edilib. Qəbul
zamanı onlarla hərtərəfli izahedici söhbətlər aparılmış,
narahatçılığa heç bir əsas olmadığı diqqətə çatdırılmış və qeyd
olunmuşdur ki, T.Bağırova qarşı heç bir hüquqazidd hərəkətlərə yol
verilməmiş, vəkili və qohumları ilə görüşə, habelə telefon
danışıqlarına lazımi şərait yaradılmışdır. Lakin T.Bağırov onunla
görüşə gəlmiş vəkil Bəhruz Bayramovla görüşdən, eləcə də nəzərdə
tutulmuş müddətlərdə təqdim edilən telefon danışıqlarından imtina
etmişdir. Bütün bu halların hər biri müvafiq qaydada
sənədləşdirilmişdir. Hətta qohumlarının narahatçılığını anlayaraq
Həbsxana rəisi T.Bağırova xidməti otağında qohumları ilə görüşməsi
üçün şərait yaratmışdır. Otağa daxil olarkən T.Bağırov "Siz bura
niyə gəlmisiniz, durun gedin" ifadəsini işlədərək kobud tərzdə
narazı olduğunu göstərmiş, çılğınlıq etmişdir. Müəssisə rəisi onu
intizama dəvət edərək vəkilləri və qohumları ilə görüşə, telefon
danışıqlarına şərait yaradıldığını və hansı səbəbdən bu
hüquqlarından imtina etdiyini soruşduqda, "Mən gündəmdə qalmaq
istəyirəm, bu mənim bir şansımdır" deyə T.Bağırov cavab vermiş,
üzünü qohumlarına tutaraq "Gedin hər kəsə bildirin ki, mən aclıq
edirəm" demişdir.
Penitensiar xidmət bir daha bildirir ki, T.Bağırov ona qarşı hər
hansı qanunazidd hərəkətlərə yol verilməsi, eləcə də aclıq etməsi
barədə ərizə ilə müraciət etməmiş, təhlükəsizliyi təmin olunmaqla
bütün hüquqları qorunur.
-
ABŞ15 İyul 23:55ABŞ İrana qarşı növbəti zərbələr dalğasına başladı
-
Nida Xəbər 15 İyul 22:32Milli Məclis təsdiqlədi - Bu dövlət rüsumu 50 manat oldu
-
Magazin115 İyul 21:00Azərbaycanlı aktrisa ana oldu
-
Ekopublika.az15 İyul 20:24Azərbaycan neftinin ən iri idxalçıları - Siyahı
-
Hadisə15 İyul 20:12Nəzarətsiz ərazidə 22 yaşlı gənc batdı
-
Kriminal15 İyul 19:20Dəhşətli qətldə təqsirləndirilənin həyat yoldaşı məhkəmədə nəyi etiraf etdi?
-
Dünya15 İyul 17:30Ərdoğanın gizli planı: Tramp Netanyahuya qarşı hərəkətə keçdi
-
Rəsmi xronika15 İyul 16:02İlham Əliyev sərəncam imzaladı






































