Nida Xəbər
İsgəndərlinin Koçaryanın bibisi oğlu ilə əlaqələri – Rus saytı faktları açıqladı
Fransada yaşayan keçmiş prokuror Vidadi İsgəndərlinin
bugünlərdə səsləndirdiyi bir fikir onun fəaliyyəti fonunda xüsusi
diqqət çəkdi. İsgəndərli “Youtube” kanalında bildirdi ki,
“ermənilər bizə nə edib ki… heç nə etməyiblər. Əgər bu gün Fransa
müharibə eləsə, mən əlimə silah alıb Fransa ordusunda döyüşəcəm.
Əgər İlham Əliyev Qarabağda müharibəni başlatsa, silahımı birinci
elə İlham Əliyevə qarşı çevirəcəm”.
O, bu çıxışı ilə “Qarabağda müharibə olarsa, əhali ermənilərə qarşı
yox, hakimiyyətə qarşı döyüşsün” demək istəyir. İsgəndərlinin
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı “danışıqlar və müharibə” seçimi
arasında həssas qırılma nöqtəsinin olduğu bir dövrdə belə bir
çağırışı nəyə hesablanıb? Bu sualın cavabının axtarışı bir
versiyanı önə çıxarır: ermənilər Qarabağda gələcək
müharibənin yönünü dəyişmək üçün İsgəndərlinin dili ilə Azərbaycan
xalqına mesajlar göndərir və mümkün müharibədə ölkə daxilində
siyasi xaos toxumları səpir.
Münaqişə ətrafındakı vəziyyət və “masadan qaçmağa hazırlaşan”
Ermənistan hakimiyyətinin hərbi ritorikanı gücləndirməsi fonunda bu
versiya daha da güclənir. Lakin prosesi anlamaq üçün bir sualın
cavabını tapmaq lazımdır: İsgəndərli ilə erməniləri nə əlaqəsi
var?
V.İsgəndərli əvvəlcə Gürcüstana, sonra Avropaya gedib. Onun yaşamaq
üçün Avropada Fransanı seçməsi diqqət çəkir. Niyə Avropanın digər
ölkələri yox, məhz erməni diasporu/lobbisinin ən güclü olduğu
Fransa? Nəzərə alsaq ki, Fransa Avropada yaşamaq vizasını ən çətin
verən ölkələrdəndir, o zaman, İsgəndərlinin bu ölkədə məskən
salmasında erməni diasporu/lobbisinin köməyinin olduğu ehtimalı
güclənir.
Rusiyanın “Novıe İzvestiya” nəşrində yayımlanan “Vidadi
İsgəndərli “ermənicə” danışmağa başladı” sərlövhəli məqalə
isə bu ehtimalı faktlarla təsdiq edir.
Oleq Nikolayın müəllifi olduğu məqalə V.İsgəndərlinin “Heydər
Əliyev Qarabağı və 6 rayonu müqavilə əsasında verib” iddiasına həsr
olunub.
Müəllif yazır: “Mümkündür ki, İsgəndərli “qalmaqallı xütbələri” ilə
Azərbaycanda tərəfdarlarını tapacağına və dövlətin siyasətində
tektonik tərpənişlər yaradacağına ümid edir. Bu məsələdə İsgəndərli
rusiyalı müxalifətçi Vladislav Maltsevə oxşayır. Maltsev də
Avropaya qaçdı və “Youtube” üzərindən Rusiyanı söyməyə başladı. O,
Oktyabr inqilabının yüzillik yubileyində “rejimin düşəcəyi” sözünü
verir, futbol üzrə dünya çempionatı keçiriləndə Rusiyada
kataklizimlərin başlayacağını deyirdi. Lakin bütün bunlar baş
vermədi. Əgər Maltsev arxasında heç bir qüvvənin olmadığına and
içirsə, İsgəndərli irəli sürdüyü iddianın mənbəyi kimi Ermənistanın
sabiq prezidenti Robert Koçaryanın bibisi oğlu, hazırda Moskvada
vəkil işləyən Araz Mirzabekyanı və Sergey Akopyanı göstərir.
İsgəndərli, Akopyan və Mirzabekyan 1988-ci ildə F. E. Dzerjinski
adına Xarkov hüquq institutundan (hazırda Yaroslav Mudroqo adına
milli hüquq universiteti) məzun olublar. Onlar təkcə eyni kursda
təhsil almırdılar, həm də eyni yataqxanada qalırdılar. Tale bu
hüquqşünasları müxtəlif şəhərlər və ölkələrə səpələdi: Mirzabekyan
Rusiyada vəkil oldu, Akopyan Ermənistanda karyera qurdu, İsgəndərli
əvvəlcə Azərbaycanda prokuror olaraq çalışdı, sonra qəfil
müxalifətə keçdi və ölkəni tərk etdi. Lakin V.İsgəndərli institut
dostları ilə əlaqələrini heç vaxt itirmədi. Özünün dediyindən belə
çıxır ki, məhz ermənu kurs yoldaşları onun “gözlərini açdı”. Bu
fonda İsgəndərlinin erməni diasporu və lobbisinin güclü olduğu
Fransada sığınacaq alması təsadüfi görünmür. Görünür, İsgəndərliyə
Parisdə yaşamaq və qrant almaqda erməni tələbə yoldaşları köməklik
göstəriblər. İsgəndərli bunun əvəzində ona təklif olunan Qarabağ
versiyasını dilə gətirir. O, öz “xütbələri”ndə utanmadan faktları
təhrif edir, tarixi saxtalaşdırır”.
Müəllif İsgəndərlinin ailəsinin 1960-cı illərdən Əbülfəz Elçibəylə
dostluq etdiyi iddiasının məqsədyönlü olduğuna diqqət çəkir.
“Sual yaranır, o indiyə qədər bu “sirri” niyə açıqlamırdı və niyə
indi açmaq qərarına gəldi. Görünür, İsgəndərli maraqdan düşdüyünü
anladı və Elçibəyin adından istifadə etməklə auditoriyanı qoruyub
saxlamağa çalışır”, – deyə müəllif qeyd edir.
Məqalədə V.İsgəndərlinin ermənilərin “ruporu” rolunda çıxış etdiyi
və tarixi faktları da məhz erməni təbliğatına uyğun təhrif etdiyi
bildirilir.
-
Rəsmi xronika16:10
Prezident onları təltif etdi
-
Rəsmi xronika15:30
İlham Əliyev onlara yüksək vəzifə verdi
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?