Nida Xəbər
Gömrük əməkdaşları üçün təlimlərə start verildi - FOTO
Dövlət Gömrük Komitəsinin (DGK) Akademiyasında “Bir inspektor-bir nəqliyyat vasitəsi” prinsipinə uyğun olaraq “Gömrük sərhəd buraxılış məntəqələrindən keçirilən mal və nəqliyyat vasitələrinin qeydiyyata alınması, “Yol vergiləri”nin hesablanması, “İcazə blankları”nın tətbiqi və “BYD kitabçalarından istifadə etməklə həyata keçirilən beynəlxalq daşımalar” zamanı gömrük nəzarəti və rəsmiləşdirilməsi qaydaları” mövzusunda təlimə start verilib.
DGK-dən Publika.az-a verilən məlumata görə, təlimdə Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin tabeliyindəki gömrük postlarında xidmət aparan 76 gömrük əməkdaşı iştirak edir və məqsəd əməkşların peşə biliklərinin artırılmasıdır.
Təlimin acılış mərasimində çıxış edən DGK-nin Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin təşkili Baş İdarəsi rəisinin birinci müavini Mübariz Mustafayev beynəlxalq ticarətin asanlaşdırılmasında, yükdaşımaların və sərhədkeçmə proseslərinin sürətləndirilməsində gömrük-sərhəd buraxılış məntəqələrinin xüsusi rol oynadığını bildirib, məntəqələrin işinin günün tələbləri səviyyəsində qurulması məqsədilə tətbiq edilən yeniliklərdən bəhs edib, təlimin bu istiqamətdə xüsusi rol oynayacağını diqqətə çatdırıb.
Akademiyanın rəisi Qulu Novruzov son dövrlərdə gömrük sistemində aparılan islahatların uğurla həyata keçirilməsində gömrük əməkdaşlarının bilik və bacarıqlarının artırılması, potensialının gücləndirilməsi ilə bağlı təlim və seminarların mühüm rol oynadığını bildirib. Q.Novruzov bu istiqamətdə Akademiyanın da üzərinə düşən vəzifələri yerinə yetirəcəyinə, əməkdaşların peşəkarlığının artırılmasına öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
Təlim üç həftə davam edəcək və sonda iştirakçıların əldə etdikləri biliklərin qiymətləndirilməsi aparılacaq.
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi