Nida Xəbər
Ümummilli liderin anadan olmasının 96-cı ildönümü İzmirdə qeyd edildi - FOTO
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə Türkiyənin İzmir şəhərində tədbir keçirilib.
Publika.az Azərtac-a istinadən xəbər verir ki, Azərbaycan Mədəniyyəti və Həmrəyliyi Dərnəyi tərəfindən bu şəhərdəki Heydər Əliyev Parkında təşkil olunan mərasimdə diplomatlar, İzmirdə yaşayan və çalışan azərbaycanlılar, “Petkim Petrokimya Holding” A.Ş. Baş direktorunun müavini Xalıq Mustafayev, Karşıyaka Bələdiyyəsi sədrinin müavini Ali Hıdır Köseoğlu və yerli ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.
Sonra ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Ümummilli Liderimizin adını daşıyan parkda büstü önünə gül dəstələri düzülüb.
Azərbaycan Mədəniyyəti və Həmrəyliyi Dərnəyinin sədri Mülazim Paşa, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil üzrə müşaviri Nəcibə Nəsibova, Azərbaycan Təhsil Nazirliyinin şöbə müdiri Nicat Məmmədli və başqalarının çıxışları dinlənilib.
Çıxışlarda Ulu Öndərin xilaskarlıq missiyasından, Azərbaycan və Türkiyənin birgə inkişafı naminə həyata keçirdiyi layihələrin əhəmiyyətindən bəhs olunub. Əminliklə vurğulanıb ki, Ulu Öndərimizin adını əbədiyyətə qədər qədirbilən xalqlarımız qəlbində yaşadacaq.
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu
-
Hadisə10 May 21:25
Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA
-
Hadisə10 May 20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Nida Xəbər 10 May 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”