Prezident Əliyevin gəlişini gözləyirik - İqor Dodon
Bizi izləyin

Nida Xəbər

Prezident Əliyevin gəlişini gözləyirik - İqor Dodon

"Azərbaycanla çox yaxşı münasibətlərimiz var, prezidentlər səviyyəsində çox yaxşı əlaqələrimiz var. Həm MDB çərçivəsində çoxtərəfli, həm də ikitərəfli münasibətlərimiz var".

Bunu "Report"un Rusiya bürosuna açıqlamasında Moldova prezidenti İqor Dodon deyib.

"Ümid edirəm ki, bu il İlham Əliyev Moldovaya gələ biləcək. Parlamentlərarası Komissiyanın işini yenidən bərpa etmək barədə razılığa gəlmişik. Bu ilin martında 7-ci Qlobal Bakı Forumunda iştirak etdim və Azərbaycan Prezidenti ilə ilin ikinci yarısında onun da Moldovaya gəlişinin mümkünlüyü barədə razılığa gəldik. Heydər Əliyev Fondunun dəstəyi ilə Qaqauz Yeri Muxtar Ərazi Qurumunda Mədəniyyət-Təhsil Mərkəzi tikirik və ən qısa zamanda onun açılışını etmək istəyirik. Odur ki, Prezident Əliyevin gəlişini gözləyirik", - deyə İ.Dodon vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm