Nida Xəbər
Azərbaycan və Ermənistan arasında... - Fransalı nazir
"Fransa Ermənistan və Azərbaycan arasında dialoqun yaradılmasını dəstəkləməkdə davam edəcək".
Bunu Fransanın xarici işlər naziri Jan-İv Lö Drian Fransada Azərbaycanın Dostları Assosiasiyasının (FADA) prezidenti Fransua Manselin məktubuna cavab olaraq bildirib.
XİN başçısı rəsmi Parisin Xocalı soyqırımı ilə bağlı mövqeyinə də toxunub: “Fransa Xocalı da daxil olmaqla, tarixdəki faciələrini unutmayaraq yaddaşlardan silinməməsi, eyni zamanda Ermənistan və Azərbaycan arasında dialoqun yaradılması naminə bütün fəaliyyətləri dəstəkləməkdə davam edəcək. Bu tələbkar dialoqu cəsarət və ağılla həvəsləndirməklə biz ədalətli və davamlı sülhün bərpa olunmasına nail olacağıq".
Qeyd edək ki, Fransada Azərbaycanın Dostları Assosiasiyasının (FADA) prezidenti Fransua Mansel prezident Emmanuel Makrona yazdığı məktubda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı narahatlığını bildirmiş və 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində baş vermiş soyqırımına diqqət ayırmağı tövsiyə etmişdi. E.Makron isə məktubu cavablandırmaq üçün onu xarici işlər naziri Jan-İv Lö Driana göndərmişdi (Report).
-
Magazin120:48Azərbaycanlı müğənni saxlanıldı
-
Sosial19:00Polkovnik-leytenantın faciəvi ölümü: restoranda yıxıldı, bir ay komada qaldı və... - Yeniləndi
-
Nida Xəbər 16:44Türkiyə-Azərbaycan qardaşlığını heç kim zədələyə bilməz - Dövlət Baxçalı
-
İdman16:28Dünyanın ən gözəl futbolçusu fərqli stildə FOTOLAR paylaşdı
-
Region15:58Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi
-
ABŞ15:52Trampın yeni səfirinin görünüşü hər kəsi heyrətləndirdi: Hansı planetdəndir? - FOTO
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq






.png)





.jpg)
.jpg)























