XİN başçısı Litvanın yeni səfirini qəbul etdi - FOTO
Bizi izləyin

Nida Xəbər

XİN başçısı Litvanın yeni səfirini qəbul etdi - FOTO

Xarici İşlər naziri Elmar Məmmədyarov Litvanın Azərbaycana yeni təyin olunan səfiri Eqidius Navikası qəbul edib.

Xarici İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, E.Məmmədyarov Eqidius Navikası səfir təyin olunması münasibətilə təbrik edib və Litva səfirinə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə tərəflər ölkələrimiz arasında mövcud olan münasibətlərin siyasi, mədəni və digər sahələrdə inkişafından məmnunluq ifadə ediblər. Eyni zamanda ölkələr arasında iqtisadi və ticarət sahələrinin daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

E.Navikas Azərbaycanın regionda apardığı müdrik xarici siyasətini və bu xüsusda ölkəmiz tərəfindən həyata keçirilən enerji, nəqliyyat və infrastruktur layihələrin əhəmiyyətini qeyd edib. O, Litva tərəfindən Azərbaycanda həyata keçirilən tvinninq layihələrinin və bu sahədə ölkələrimiz arasında təcrübə mübadiləsinin uğurundan bəhs edərək bu istiqamətdə fəaliyyətin davam etdiriləcəyini bildirib.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

E.Navikası etimadnaməsinin surətini E.Məmmədyarova təqdim edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm