Elmar Məmmədyarov niderlandlı həmkarı ilə görüşdü
Bizi izləyin

Nida Xəbər

Elmar Məmmədyarov niderlandlı həmkarı ilə görüşdü

BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Niderland Krallığının Xarici İşlər naziri Stef Blok ilə görüşüb.

Publika.az xəbər verir ki, görüşdə iki ölkə arasında ikitərəfli əməkdaşlıq münasibətlərin hazırkı durumu və əlaqələrin inkişafı perspektivləri müzakirə olunub.

Nazirlər regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin hazırkı vəziyyəti ilə bağlı qarşı tərəfə məlumat verib və regional dayanıqlı sülh və təhlükəsizliyin təmin olunması baxımından münaqişənin beynəlxalq hüququn norma və prinsipləri və BMT TŞ-nin məlum qətnamələri əsasında həllinin vacibliyini qeyd edib.

Görüş əsnasında qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər ətrafında müzakirələr aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm