Cəbhəçi qadının Əli Kərimli haqda şok sözləri - VİDEO
Bizi izləyin

Nida Xəbər

Cəbhəçi qadının Əli Kərimli haqda şok sözləri - VİDEO

Bu axşam geniş bir əhatəmiz olacaq. Prezidentin Soçi səfərinin Rusiya-Azərbaycan münasibətlərini açan indikator mahiyyətini, Valday klubunun tribunasından görünən yeni geosiyasi mənzərəni, Putin-Əliyev görüşünün Azərbaycanın regional siyasi-iqtisadi-mənəvi xab kimi etirafının qabarıq elementi olmasını şərh edəcəyik.

Dövlət-vətəndaş münasibətlərinin tam inzibatidən mütləq səmimiyyətə transformasiyası üçün görlən işlər, islahatların yeni dalğası ərəfəsində ölkənin Baş Düşüncə Qərargahında-Dövlət başçısının təhlil və strateji planlama müstəvisindəki ab-havadan bəhs edəcəyik. Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirovla əhalini gözləyən yeni mühüm sosial-iqtisadi dəyişikliklər barədə müzakirəmiz olacaq. Məncə, bu söhbət Azərbaycanın sosial-iqtisadi düşərgəsini, ümumiyyətlə bu sferanı araşdıran təhlilçiləri, institutları ciddi maraqlandırmalıdır. Ona görə də qeyd dəftərçələrini hazırlamağı məsləhət görərdim. Təbii ki, həftənin başqa maraqlı və dramatik hadisələrini də nəzərdən keçirəcəyik. Məsələn, ötən il Gəncədə törədilən terror hadisələri və bu proseslə müxtəlif təmas dərəcələrində bağlı olan şəxslərin məhkəmə işi, bir neçə nəfərin elə zaldanca şərti azadlığa buraxılmasının əsil səbəblərinə toxunacağıq. Heş şübhəsiz ki, Azərbaycanın Dünyada Bir nömrəli brendi, 1993-cü ildən bəri dövlətin əsas iqtisadi-siyasi, hətta hərbi təhlükəsizliyinin, ümumilikdə dövlət müstəqilliyimizin vacib sütunu, inkişafımızın əsas lokomotivi olan SOCAR ətrafında vaxtaşırı başqaldıran hadisələr, onların təxribat, diversiya, vətəndaşı dövlətə qarşı qoymaq kimi təhlükəli əməllərdə istifadə olunması üzərində dayanacağıq.

Əlbəttə, Azərbaycanın ərazi bütövlüyü uğrunda yaralanmış vətəndaşlarımızın xüsusi münasibət tələb etməsi haqdır. Necə deyərlər, onlar 20 faiz əskik gələn dövlətimizə öz çatışmayan əlləri, ayaqları ilə daha çox oxşayırlar. Amma arxa qatda bəzi detallar da var və onların arasında gizlənən Şeytana lənət oxumaqla iş bitmir. Özünü Milli Şura adlandıran bir qrup siyasi fəalın Bakının mərkəzində keçirməyə hazırlaşdığı Piket ssenarisi də diqqət mərkəzimizdə olacaq.

Rafael Cəbrayılov adlı sabiq deputatın işi də məsələ qanun müstəvisində həll edilənədək gündəliyimizdə olacaq. İstefa mədəniyyəti göstərməyə məcbur edilmiş bu adamın digər mədəniyyətlərlə də tanış olmasına əşhəddü-ehtiyacı var və biz kütləvi informasiya vasitələri Millət vəkilinin bir hərf əskikliyinə, illət vəkilliyinə dönüşünün əsl səbəblərini ciddi araşdırmalıyıq.

Belə. Söhbətimizin gedişində, bir sıra sputnik mövzulara da toxunacağıq. 25 il əvvəl Heydər Əliyevin Azərbaycanda dövlət çevrilişinə cəhdin qarşısını ustalıqla almasının 25 ili də bu həftəyə təsdadüf etdi. Biz silahlı müxalifətin ləğvi ilə geniş vətəndaş-dövlət prospektinə çıxdıq.

Bu günkü buraxılşımızın bir əlamətdarlığı da var. 1989-cu il, oktyabr ayının 6-da, düz 30 il əvvəl Azərbaycanda ilk müstəqil mətbu orqanı işıq üzü gördü. “Azərbaycan” qəzeti fəaliyyətə başladı. Sabir Rüstəmxanlının Baş redaktorluğu ilə meydana çıxan bu ümumxalq tribunası elə bir hədd müəyyənləşdirdi ki, bu gün də milli mətbuatımız o səviyyəyə çata bilmir. Azərbaycan Sovet Sosialist Respublikasının müstəqil dövlətə çevrilməsinin əsasları həm də bu qəzetin səhifələrində qoyuldu. Beləliklə, biz bu gün bütün təhlil axşamını Azərbaycan adlı dövlətin, bizim dövlətin, müstəqil dövlətimizin ətrafında keçirəcəyik.

Həftə başdan ayağa qələbə ilə keçdi. Başdan qələbə dedikdə şahmatçımız Teymur Rəcəbovun Dünya kuboku, ayağadək qələbə dedikdə isə Qarabağ klubunun futbolçularının 4 top vurmuş ayaqlarını nəzərdə tuturam. Burada biz həm də Düdelanjın meydanında separatçı rejimin hansısa materiyasını bayraq adı altında qaldıran provakatorların qarşısının alınmasından danışmalıyıq. Bir sözlə, başlayırıq dövlətimizin, Azərbaycanımızın adıyla...

Ada ətraflı təqdim edilən videoda:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm