Azərbaycanın yeni Baş naziri təsdiqləndi (YENİLƏNDİ)
Bizi izləyin

Nida Xəbər

Azərbaycanın yeni Baş naziri təsdiqləndi (YENİLƏNDİ)

Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Hidayət oğlu Əsədovun Baş nazir vəzifəsinə təyin edilməsi məsələsi müzakirəyə çıxarılıb.

Publika.az xəbər verir ki, müzakirələrdən sonra məsələ səsə qoyularaq təsdiq edilib.

***

12:00

Azərbaycan Milli Məclisinin plenar iclası başlayıb.

Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 14 məsələ daxildir.

İclasda Əli Əsədov da iştirak edir.

***

09:50

Oktyabrın 8-də Milli Məclis payız sessiyasının növbəti iclasını keçirəcək.

Publika.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında Əli Əsədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında məsələyə baxılacaq.

Bu barədə Milli Məclisin açıqladığı gündəlikdə bildirilib. Gündəliyə ümumilikdə 14 məsələ daxildir.

Qeyd edək ki, Əli Əsədov Prezidentin iqtisadi məsələlər üzrə köməkçisidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm