Nida Xəbər
BŞBPİ AXCP üzvlərinin saxlanılması səbəbini AÇIQLADI
AXCP üzvlərinin - Elxan Əliyev və Zamin Salayevin piket iştirakçısı kimi saxlanılaraq, 15 sutka həbs edilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Onlar piketdən əvvəl törətdikləri əməllərinə görə saxlanılıb.
Publika.az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin yaydığı məlumata görə, oktyabrın 8-də saat 01:50 radələrində Nərimanov rayonunda taksi kimi fəaliyyət göstərən “Ravon” markalı avtomaşın yol hərəkəti qaydalarını pozduğuna görə yol polisi tərəfindən saxlanılıb. Yoxlama zamanı həmin avtomaşında sərnişin qismində olan - əvəllər CM-nin 221.2.2-ci maddəsilə (xuliqanlıq) məhkum olunan Zamin Salayev və əvəllər CM-nin 178.2.4-cü maddəsilə (dələduzluq) məhkum olunan Elxan Əliyev polisin fəaliyyətinə müdaxilə etməklə, polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq, mübahisəli vəziyyət yaratdıqlarına görə Nərimanov RPİ 16-cı Polis Bölməsinə gətirilib.
Əvvəllər məhkum olunan hər iki şəxs barəsində toplanmış materiallar əsasında İXM-in 535.1-ci maddəsilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. Məhkəmə tərəfindən inzibati xəta haqqında iş üzrə Elxan Əliyev və Zamin Salayevə 15 sutka inzibati həbs verilib.
Onların siyasi mənsubiyyətinə, yaxud razılaşdırılan piketdə iştiraklarına görə polis tərəfindən saxlanılması ilə bağlı irəli sürülən iddialar əsassızdır.
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi