Ermənistana qaçan türklərin xəyanəti DE-ŞİFRƏ OLDU - SENSASİON FAKT
Bizi izləyin

Nida Xəbər

Ermənistana qaçan türklərin xəyanəti DE-ŞİFRƏ OLDU - SENSASİON FAKT

Türkiyədə vergidən yayınan, yaxud digər cinayətlər törədənlər cəzadan qaçmaq üçün Ermənistana sığınır.

Publika.az
xəbər verir ki, bu barədə Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey deyib.

Onun sözlərinə görə, cəzadan qaçan türkləri PKK terror təşkilatının üzvləri Ermənistana keçirir.

“Ermənistan xüsusi xidmət orqanları və Diaspora Nazirliyi Türkiyədə müxtəlif cinayətlər törətmiş vətəndaşlara sığınacaq verir. Məqsəd lazımi məqamda onlardan Türkiyəyə qarşı istifadə etməkdir. Bu işdə ermənilərə PKK və FETÖ kömək göstərir. 15 iyul dövlət çevrilişinə cəhddən sonra İrəvana qaçan FETÖ üzvləri Türkiyədə törətdiyi cinayətin məsuliyyətindən qaçmaq istəyən türklərin qeyri-qanuni yollarla Ermənistana getməsinə, orada yaşamaq hüququ almasına vasitəçilik edir”, - o bildirib.

G.Göksel qeyd edir ki, Şərqi Anadolu, cənub-şərqi və şərqi Qaradəniz bölgələrindəki Rize, Artvin kimi şəhərlərdən Ermənistana gedən türklərə qondarma “Qərbi Ermənistan Dövləti”nin vətəndaşlığını verirlər.

“Məqsəd Türkiyəyə qarşı ərazi iddialarını legitimləşdirmək və məqam yetişəndə türklərdən istifadə etməkdir”, - Gülbey vurğulayıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm